Yüklənir...
Местоположение: Bakı
Funksiya: Rəqamsallaşdırma,Transformasiya və Layihələr Direktorluğu/Biznes proseslərin və layihələrin idarə olunması şöbəsi Vəzifə öhdəlikləri: Müvafiq daxili prosedurların, qaydaların və digər normativ sənədlərin hazırlanmasını həyata keçirmək; Biznes proseslərinin və layihələrin həyata keçirilməsi zamanı müvafiq tələblərə uyğunluğunu təmin etmək; Siyasət, təlimat, qayda və prosedurların icra olunmasına nəzarət etmək və proses xəritələrini, prosedurların sənədləşdirilməsini və arxivləşdirilməsini təmin etmək; Biznes proseslərinin modelləşdirilməsi metodologiyasını hazırlamaq, sistemləşdirmək və optimallaşdırılmasını təmin etmək; Biznes proseslərinin idarə edilməsi, effektivliyinin artırılması və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər planını hazırlamaq; Biznes proseslərinin idarə edilməsi ilə korporativ fəaliyyətin təkmilləşdirilməsi üçün müvafiq addımlar atmaq, proseslərin layihələndirilməsi, icrası və nəzarətində iştirak etmək; Biznes proseslərinin təkmilləşdirilməsi və layihələrin icrası zamanı müvafiq struktur bölmələri ilə sıx əməkdaşlıq etmək; Təyin olunmuş plana əsasən layihələrin koordinasiyasını və vaxtında icrasını təmin etmək. Vəzifə tələbləri: Ali təhsil (Biznesin idarəedilməsi üzrə təhsil və MBA üstünlükdür); Biznes proseslərinin idarəedilməsi sahəsində minimum 3-5 il iş təcrübəsi; Layihə və komanda idarəetməsi üzrə təcrübə; Microsoft Project, Planner, Jira, Asana və digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı; Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək; Power Automate və Power Apps üzrə biliklər üstünlük hesab olunur; ERP/BPM/SFA/WMS/TMS sistemləri ilə işləmə təcrübəsi arzuolunandır; Azərbaycan dilini səlis, ingilis dilini isə yaxşı səviyyədə bilmək; Analitik və yaradıcı düşünmə, nəticəyönümlülük və effektiv kommunikasiya bacarıqları İş şəraiti: İş yeri: Bakı şəhəri İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək Əmək haqqı: Müsahibə əsasında təyin olunur Təminatlar: Servis xidməti Nahar təminatı Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Proseslərinin İdarəedilməsi Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq. e-mail: recruitment@veyseloglu.az