Yüklənir...
Местоположение: Bakı
Agha Financial Services MMC mühasibatlıq, vergi, maliyyə və biznes konsultasiya xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar consulting şirkətidir. Şirkətimizin genişlənən fəaliyyət istiqamətləri və artan müştəri portfeli ilə əlaqədar komandamıza məsuliyyətli və inkişaf yönümlü Baş mühasib tələb olunur. Vəzifə öhdəlikləri Şirkətin mühasibat uçotunun təşkili, aparılması və düzgünlüyünə nəzarətin təmin edilməsi; Mühasibat sənədlərinin qəbul edilməsi, yoxlanılması və uçota alınması üçün hazırlanması; Təsərrüfat əməliyyatlarının, gəlir və xərclərin mühasibat uçotunda düzgün, dəqiq və vaxtında əks etdirilməsinin təmin edilməsi; Ödəniş və hesablaşma əməliyyatlarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarət; Pul vəsaitlərinin, əsas vəsaitlərin, maddi və qeyri-maddi aktivlərin inventarizasiyasının aparılması; Əmək haqqı hesablamalarının və ödənişlərinin həyata keçirilməsi; Vergi orqanlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), eləcə də Statistika orqanlarına hesabatların düzgün və vaxtında təqdim olunmasının təmin edilməsi; Şirkətin maliyyə resurslarından səmərəli istifadə olunmasına yönəlmiş tədbirlərin hazırlanmasında iştirak; Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyalar, qeyri-maddi aktivlər üzrə uçotun düzgün aparılmasına nəzarət; Maliyyə və vergi hesabatları üçün amortizasiya hesablamalarının düzgünlüyünün təmin edilməsi; Namizədə tələblər Bilməlidir Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Peşəkar mühasib sertifikatının (PMS – MHBS) olması mütləqdir; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi ; 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı; MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək; Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin biliklər; Elektron dövlət portalları ilə işləmək bacarığı; Güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları; Balansın tərtib edilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər; İş şəraiti İş qrafiki: Həftə içi 5 iş günü İş saatı: 09:00 – 18:00 Əmək haqqı: 2000 AZN İş yeri: Bakı şəhəri Rəsmi əmək müqaviləsi Karyera və inkişaf imkanları Təklif edirik “Professional consulting” mühitində çalışma imkanı Müxtəlif sahələr üzrə praktiki təcrübə Stabil və uzunmüddətli əməkdaşlıq Peşəkar inkişaf və təlim imkanları Korporativ iş mühiti və dəstəkləyici komanda Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.