Yüklənir...
Местоположение: Bakı
İş yeri - Bakı şəhəri Əmək haqqı - 1 500 AZN-dən başlayaraq Şirkətimiz xarici bazarlarda satış fəaliyyətinin genişləndirilməsi, yeni ölkə və regionlarda müştəri portfelinin formalaşdırılması məqsədilə Beynəlxalq satış üzrə menecer / mütəxəssis vəzifəsinə peşəkar, təşəbbüskar və nəticəyönümlü əməkdaş axtarır. Vəzifə öhdəlikləri Şirkətin məhsullarının xarici bazarlarda satışının təşkili və inkişaf etdirilməsi; Yeni ölkə və regionlar üzrə perspektivli satış bazarlarının araşdırılması və potensialın qiymətləndirilməsi; Müxtəlif ölkələrdə potensial distribütor, diler, idxalçı, topdansatış şirkətləri və digər B2B müştərilərin müəyyən edilməsi və onlarla ilkin əlaqələrin qurulması; Yeni xarici müştərilərin aktiv şəkildə axtarılması, cəlb edilməsi və uzunmüddətli əməkdaşlığa çevrilməsi; Mövcud xarici müştərilərlə işgüzar münasibətlərin qorunması və satış həcminin artırılması; Potensial müştərilərin ehtiyaclarının öyrənilməsi və onlara uyğun məhsul və kommersiya təkliflərinin hazırlanması; Xarici tərəfdaşlarla ingilis və rus dillərində yazılı və şifahi işgüzar danışıqların aparılması; Qiymət, ödəniş şərtləri, çatdırılma şərtləri, sifariş həcmi və digər kommersiya məsələləri üzrə danışıqların aparılması; Kommersiya təkliflərinin, təqdimatların və digər satış materiallarının hazırlanması və müştərilərə təqdim edilməsi; Satış prosesinin ilkin müraciətdən sifarişin təsdiqlənməsinə və müqavilənin bağlanmasına qədər idarə olunması; Beynəlxalq bazarlarda rəqiblərin, qiymətlərin, məhsulların və bazar tendensiyalarının mütəmadi təhlil edilməsi; Ölkələr üzrə bazara giriş imkanlarının, satış kanallarının və potensial tərəfdaşların araşdırılması; Müştəri bazasının və satış imkanlarının (sales pipeline) sistemli şəkildə idarə olunması; Müştərilərlə aparılan danışıqların, göndərilən təkliflərin və satış nəticələrinin mütəmadi izlənilməsi; Satış planlarının və müəyyən edilmiş aylıq/rüblük hədəflərin yerinə yetirilməsi; Satış göstəriciləri, yeni müştərilər, aktiv danışıqlar və perspektiv bazarlar üzrə rəhbərliyə hesabatların təqdim edilməsi; Şirkətin məhsullarının xarici bazarlarda tanıdılması və brend mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərilməsi; Beynəlxalq sərgi, konfrans və B2B görüşlərdə şirkətin təmsil olunması, yeni biznes əlaqələrinin qurulması; Satış prosesində logistika, ixrac, maliyyə və digər aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək; Müştəri məmnuniyyətinin təmin edilməsi və satışdan sonrakı kommersiya münasibətlərinin davamlı şəkildə idarə olunması. Tələblər Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək - hər üç dildə danışıq, yazı, oxu və anlama bacarığı mütləqdir; Beynəlxalq satış və xarici bazarlarla işləmək üzrə bilik və təcrübə; Beynəlxalq iqtisadiyyat, xarici ticarət və ixrac prosesləri haqqında biliklərin olması; Ölkələr, regionlar və beynəlxalq bazarlar üzrə yaxşı coğrafi biliklər; B2B satış və yeni müştərilərin cəlb edilməsi bacarığı; Bazar və rəqib analizi aparmaq bacarığı; Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı; Analitik düşüncə və kommersiya yanaşması; Müstəqil işləmək, təşəbbüs göstərmək və satış nəticəsinə fokuslanmaq bacarığı; MS Office proqramlarından sərbəst istifadə. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Mövzu: “Beynəlxalq satış üzrə menecer”