Smeta mühəndisi - Aqroman

Местоположение: Bakı

İş şəraiti Əməkhaqqı: Razılaşma yolu ilə İş qrafiki: 5 günlük Vəzifə öhdəlikləri Tikinti və təmir layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması; Layihə və işçi cizgiləri əsasında iş həcmlərinin müəyyən edilməsi; Tikinti materialları, əmək və mexanizmlər üzrə xərclərin hesablanması; Material və xidmətlərin cari bazar qiymətlərinin araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması; Smeta dəyərinin optimallaşdırılması və xərclərin düzgün hesablanmasına nəzarət edilməsi; Podratçı və təchizatçılardan alınan qiymət təkliflərinin təhlil edilməsi; Smeta sənədlərində dəyişikliklərin və əlavə işlərin hesablanması; Texniki şöbə və satınalma şöbəsi ilə sıx əməkdaşlıq edilməsi. Namizədə tələblər Smeta mühəndisi vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi; Tikinti norma və qaydaları, smeta tərtibatı prinsipləri barədə biliklər; Layihə cizgilərini oxumaq və iş həcmlərini hesablamaq bacarığı; Material və tikinti işləri üzrə bazar qiymətlərini araşdırmaq və təhlil etmək bacarığı; MS Excel proqramı ilə sərbəst işləmək; Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti; Komandada işləmək və işləri vaxtında təhvil vermək bacarığı. Təklif edirik Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə müəyyən edilir; Peşəkar inkişaf və karyera imkanları; Peşəkar komanda ilə işləmək imkanı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .