Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Gündəlik maliyyə əməliyyatlarının — mədaxil və məxaric əməliyyatlarının uçotunun aparılması; Bank əməliyyatlarının gündəlik işlənməsi ; Mal-material hərəkətinin şirkət proqramında qeydiyyatının aparılması; İlkin mühasibat sənədlərinin hazırlanması və sistemə daxil edilməsi; Debitor və kreditor borcların uçotunun aparılması; Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi; Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icra edilməsi. Tələblər: Mühasibat sahəsində minimum 2 il iş təcrübəsi; 1C və ya digər ERP sistemləri ilə işləmə bacarığı; MS Excel üzrə yaxşı biliklər — minimum SUMIF, VLOOKUP səviyyəsi; Vergi və Əmək Məcəllələri barədə məlumatlı olmaq; Gündəlik mühasibat əməliyyatları üzrə praktiki bilik; Analitik düşüncə və detallara diqqət; Məsuliyyətli, dəqiq və operativ işləmə bacarığı; Komandada işləmək bacarığı. Malyyə-mühasibatlıq ixtisası üzrə bakalavr təhsili olan, 22-32 yaş arası oğlan namizədlər. Əmək haqqı müsahibədən sonra müəyyən ediləcək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. e-mail: finance@ad-arazmotors.com