Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Zavodun istehsalat avadanlıqları və mühəndis-kommunikasiya sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək; Texniki xidmət, profilaktik baxış və təmir işlərini planlaşdırmaq və icrasına nəzarət etmək; Avadanlıqlarda yaranan nasazlıqların operativ aradan qaldırılmasını təşkil etmək; Yeni avadanlıqların quraşdırılması və istismara verilməsi prosesini koordinasiya etmək; Texniki sənədləşmənin düzgün aparılmasını və enerji resurslarından səmərəli istifadəni təmin etmək; Texniki heyətin fəaliyyətini idarə etmək, iş bölgüsünü təşkil etmək və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək; Ehtiyat hissələri və texniki materiallara olan tələbatı müəyyənləşdirmək, aidiyyəti şöbələrlə əməkdaşlıq etmək; Zavodun texniki inkişafı, modernləşdirilməsi və xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq; Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək və verilən digər tapşırıqları icra etmək. Namizədə dair tələblər: Mexanika, Elektrik mühəndisliyi, Mexatronika və ya əlaqəli ixtisas üzrə ali təhsil; İstehsalat müəssisəsində texniki rəhbər vəzifəsində minimum 5 il iş təcrübəsi; İstehsalat avadanlıqları, texniki xidmət və profilaktik təmir prosesləri üzrə bilik və təcrübə; Komandanı idarəetmə, planlaşdırma və operativ qərarvermə bacarığı; MS Office proqramlarından sərbəst istifadə bacarığı; Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür; Məsuliyyətli, liderlik və analitik düşünmə qabiliyyətinə malik olmaq. İş şəraiti: İş yeri: Ağcabədi rayonu; 6 günlük iş qrafiki (qısaldılmış); Əmək haqqı: razılaşma yolu ilə; Nahar: şirkət tərəfindən qarşılanır; Rayon və ətraf kəndlərə servis xidməti mövcuddur; İşçiyə ailəsi ilə yaşamağa ev verilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.