Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Vendorlarla gündəlik satınalma prosesləri üzrə işgüzar kommunikasiyanın aparılması; RFQ (Request for Quotation) sorğularının göndərilməsi və qiymət təkliflərinin toplanması; Tenderlər üzrə qiymət müqayisə cədvəllərinin (Comparison Sheets) hazırlanması; Materialların qiymətlərinin və bazar şərtlərinə uyğunluğunun təhlil edilməsi, zəruri hallarda BD Analytics-in bazar analitikası və müqayisəli qiymətləndirmə məlumatlarından istifadə olunması; Tender nəticələrinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması üzrə Satınalma Menecerinə və şöbə rəhbərinə dəstək göstərilməsi; Tikinti Departamentindən daxil olan operativ satınalma tələblərinin vaxtında icra edilməsi; Materialların texniki uyğunluğunun və təsdiq statusunun dəqiqləşdirilməsi məqsədilə Texniki Ofisin Material Submittals komandası ilə koordinasiyanın təmin edilməsi; Anbar məlumatları əsasında material qalıqlarının yoxlanılması və mövcud ehtiyatlar nəzərə alınmaqla sifarişlərin planlaşdırılması; Materialların texniki təsdiq statusunun yoxlanılması və yalnız təsdiqlənmiş materiallar üzrə sifarişlərin yerləşdirilməsi; Satınalma sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi, sənədlərin izlənəbilənliyinin və audit tələblərinə uyğunluğunun təmin edilməsi. Tələblər: Ali təhsil (texniki və ya iqtisadi istiqamət üzrə təhsil üstünlükdür). Satınalma sahəsində minimum 2 il iş təcrübəsi. Azərbaycan və Rus dillərini səlis bilməli; MS Excel üzrə güclü biliklər; RFQ və müqayisə cədvəllərinin hazırlanması üzrə təcrübə. ERP sistemləri ilə iş təcrübəsi. Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq; Əlavə məlumat: İş qrafiki: 5/2, 09:30-18:30 Nahar şirkət tərəfindən təmin edilir Əmək haqqı: 2000-2500 AZN (net) İş yeri - Çıraq plaza Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.