Mühasib - Azconstruction A MMC

Местоположение: Bakı

“AZ CONSTRUCTION A” MMC Mühasib vakansiyası elan edir! “ AZ CONSTRUCTION A” MMC komandasına tikinti sahəsində təcrübəsi olan, məsuliyyətli və dəqiq Mühasib axtarır! Əsas vəzifə və öhdəliklər Mühasibat uçotunu qanunvericiliyin tələblərinə uyğun aparmaq; İlkin mühasibat sənədlərini, elektron qaimələri və hesab-fakturaları yoxlamaq və rəsmiləşdirmək; Tikinti materialları, mal və xidmətlər üzrə uçotu aparmaq; Tikinti layihələri üzrə xərcləri və podratçı-subpodratçılarla hesablaşmaları izləmək; Debitor və kreditor borclarına nəzarət etmək; İşçilərin əməkhaqqısını və digər ödənişlərini hesablamaq; Bank əməliyyatlarını və ödəniş sənədlərini rəsmiləşdirmək; Vergi və digər maliyyə hesabatlarını hazırlamaq; Anbar qalıqlarına nəzarət etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək; Materialların və əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək; Mühasibat məlumatlarını 1C və MS Excel proqramlarında işləmək; Maliyyə məlumatlarını və hesabatları rəhbərliyə təqdim etmək; Sənədlərin düzgün saxlanmasını və mühasibat uçotunda daxili nəzarət qaydalarına riayət olunmasını təmin etmək; Rəhbərliyin müvafiq tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək. tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Namizədə qarşı tələblər Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali təhsil Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Mühasibat və vergi qanunvericiliyi üzrə biliklər; 1C və MS Excel proqramlarında işləmək bacarığı; İlkin sənədləşmə və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə; Mal-material uçotunun aparılması və anbar qalıqlarına nəzarət üzrə bilik və təcrübə; Peşəkar sertifikatların olması üstünlükdür. İş şəraiti İş yeri: Bakı şəhəri İş günləri: Həftənin 5 günü İş saatları: 09:00–18:00 Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə əsasında müəyyən edilir. Rəsmi əmək müqaviləsi Peşəkar və işgüzar əmək mühiti Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Mühasib” başlığı ilə Müraciət et   düyməsində qeyd olunan elektron poçt ünvanına başlığı ilə göndərə bilərlər.