Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Native iOS və Android tətbiqlərinin funksional, reqressiya, UI/UX və uyğunluq testlərini həyata keçirmək; Test dizaynını sürətləndirmək üçün süni intellekt alətlərindən istifadə etməklə test keys və test ssenarilərini hazırlamaq və icra etmək; Müxtəlif əməliyyat sistemi versiyaları və ekran ölçüləri üzrə real cihazlarda, emulyatorlarda və simulyatorlarda testlər aparmaq; Mobil tətbiqlərə xas yoxlamaları həyata keçirmək: icazələr, kənar müdaxilələr (zənglər, bildirişlər), oflayn rejim, şəbəkələr arasında keçid və tətbiqin arxa planda/ön planda işləmə davranışı; Mobil tətbiqlərin API-lərini və backend inteqrasiyasını test etmək (Postman/Swagger), həmçinin Grafana/Sentry vasitəsilə backend loglarını və metriklərini yoxlamaq; Cihaz logları, ekran görüntüləri və ekran qeydləri ilə birlikdə xətaları Jira-da qeyd etmək, təhlil etmək və izləmək; Crash hesabatlarını (Firebase Crashlytics və ya oxşar alətlər) izləmək və süni intellekt alətlərindən istifadə etməklə xətaların əsas səbəblərinin müəyyənləşdirilməsinə dəstək olmaq; Appium və ya Selenium vasitəsilə test avtomatlaşdırılması üzrə təcrübəyə malik olmaq; Mobil QA proseslərini təkmilləşdirmək və süni intellekt əsaslı yeni həllər təklif etmək; Mobil proqramçılar, dizaynerlər və məhsul komandaları ilə sıx əməkdaşlıq etmək, gündəlik görüşlərdə (daily stand-up) və sprint planlaşdırılmasında iştirak etmək; Texniki məsələləri aydın, strukturlaşdırılmış və anlaşılır şəkildə izah etmək bacarığı; Yeni texnologiya və yanaşmaları öyrənməyə və tətbiq etməyə açıq olmaq; Detail-oriented yanaşma və işin keyfiyyətinə fokuslanmaq; Prioritetləri düzgün müəyyənləşdirmək və müəyyən edilmiş deadline-lara riayət etmək; Dəyişən tələblərə və dinamik development mühitinə adaptasiya olmaq; Tələb olunan bilik və bacarıqlar: Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə); QA sahəsində ən az 2 il iş təcrübəsi; Test proseslərində süni intellekt alətlərindən istifadə təcrübəsi; SDLC, STLC, test metodologiyaları və test dizaynı texnikaları üzrə güclü nəzəri və praktiki biliklər; Real cihazlarda iOS və Android tətbiqlərinin test edilməsi üzrə praktiki təcrübə; Android Studio (ADB, Logcat) və Xcode (simulyatorlar, cihaz logları) ilə işləmək barədə məlumatlılıq; Figma vasitəsilə tətbiqin istifadəçi interfeysinin (UI) dizayn tələblərinə uyğunluğunu yoxlamaq təcrübəsi; Analitik düşünmə, detallara diqqət və problemlərin səbəblərini müəyyən edərək effektiv həll yolları tapmaq bacarığı; Komanda ilə əməkdaşlıq, ünsiyyət və qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirmək bacarığı; Dil bilikləri: Azərbaycan dili — sərbəst; İngilis dili — texniki sənədlərlə işləmək səviyyəsində. Üstünlük hesab olunur: ISTQB sertifikatı (CTFL; Mobile Application Testing əlavəsi üstünlükdür); Mobil SDK-ların test edilməsi üzrə təcrübə; Trafikin yoxlanılması üçün alətlərlə (Charles Proxy, Proxyman) işləmək təcrübəsi; Grafana və ya Sentry ilə işləmək təcrübəsi; Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.