Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Audit planına uyğun audit yoxlamalarının aparılması; Proses və təşkilati strukturlar üzrə idarəetmə, risklərin idarə olunması və daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi; Tənzimləyici tələblərə və qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğun təhlili və qiymətləndirilməsi; Beynəlxalq daxili audit standartlarına uyğun audit tapşırıqlarının icrası və/və ya koordinasiyası; Daxili qaydalar, prosedurlar və qanunvericiliyə uyğunluğun yoxlanılması; Audit prosesinin gedişi barədə rəhbərlik və maraqlı tərəflərlə davamlı kommunikasiya; Aşkarlanmış əhəmiyyətli nəzarət zəiflikləri barədə dərhal rəhbərliyə məlumat verilməsi; Müsahibələrin və yekun müzakirələrin təşkili; Audit hesabatlarının hazırlanması; Audit sənədlərinin metodologiyaya uyğun şəkildə hazırlanması. Tələblər: Ali təhsil- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə Sahə üzrə təcrübə - 2-3 il Dil biliyi - Azərbaycan dili - yüksək, Rus dili - orta Texniki səriştəliklər Beynəlxalq peşəkar sertifikatların (CIA, ACCA, CFE və s.) mövcudluğu və ya həmin proqramlarda iştirak üstünlükdür; Risk əsaslı audit yanaşmasının tətbiqi Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi Audit testlərinin hazırlanması və icrası; Maliyyə hesabatlarının və əməliyyat məlumatlarının təhlili; Biz sizə nə təklif edirik? Karyera inkişafı üçün əlverişli mühit; Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı; Komanda quruculuq tədbirlərində iştirak imkanı; İdman zallarında endirim imkanları; Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı; Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər; Həyatın yığım sığortasına qoşulmaq imkanı Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.