Yüklənir...
Местоположение: Bakı
Vəzifə funksiyaları: 1С ERP proqram təminatında istifadəçi profillərinin təşkili; Təqdim edilmiş tələblərə uyğun olaraq istifadəçilərə hüquqlarının verilməsi; 1С ERP istifadəçilərin təlimi və konsultasiyası; 1С ERP infrastrukturunun optimallaşdırılması və yenilənməsi işlərində iştirak etmək; Yeni texnologiyaların və 1C xidmətlərinin sınaqdan keçirilməsində, tətbiqində iştirak etmək; Məsuliyyət dairəsi daxilində informasiya sistemlərinin və bazalarının işləkliyini təmin etmək; Həm standart, həm də qeyri-standart konfiqurasiyalar üçün platformanın və 1C konfiqurasiyalarının (hazırlanması və yenilənməsi), uçot siyasətinə və qanunvericiliyə uyğunluğunun təmin edilməsi; 1С ERP, MS SQL serverinin quraşdırılması, konfiqurasiyası və texniki xidməti; 1С ERP-nin işləmə və sınaqdan keçirilməsinin operativliyinin təmin edilməsi (arxivləşdirmə, surət çıxarma, bərpa və s. fəaliyyətlər); Yeni hesabat formalarının, çap formalarının, sənədlərin işlənib hazırlanması və mövcud olanlara yenidən baxılması və texniki tapşırıqlara uyğun işlənməsi; 1С ERP-nin tətbiqi, təkmilləşdirilməsi və saxlanması üzrə layihələrdə iştirak; Digər 1С ERP və xarici informasiya sistemləri ilə mübadilələrin qurulması; Biznes proseslərinin avtomatlaşdırılması; Mövcud və yeni yaradılmış sənədlərlə, hesabatlarla, emallarla işləmək üçün şirkətin kadrlarının hazırlanması; Təkmilləşdirmə üçün istifadəçilərdən müraciətlərin qəbulu və bu cür imkanların qiymətləndirilməsi. Tələblər: Yaş: 25–45 Ali təhsil Minimum 2 il müvafiq sahədə iş təcrübəsi 1C UNF üzrə biliklər MS Office və 1C proqramlarında sərbəst işləmək bacarığı Analitik düşüncə və problemləri həll etmə bacarığı Komandada işləmək bacarığı İş şəraiti: Ərazi: Bakı İş günləri: I–V günlər İş saatı: 09:00 – 18:00 Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə Karyera inkişafı və peşəkar inkişaf imkanları Qeyd: 1C proqramlaşdırma bilikləri arzuolunandır 1C ERP və 1C UNF üzrə biliklər arzuolunandır UNF sistemi ilə işləmə təcrübəsi arzuolunandır Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini “Jooble.az - 1C ERP üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. e-mail: hr@barkodelectronics.az