1C Mütəxəssis-məsləhətçi - Best Soft

Местоположение: Bakı

Tələblər: Cinsi: Kişi və ya qadın; Yaş həddi: 21-35; Ali və ya natamam ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq üstünlükdür); 1C proqramında mühasibat uçotu (Accounting) modulunu mükəmməl səviyyədə bilmək və bu sahədə praktiki təcrübə (əsas tələb); İstehsal və ticarət müəssisələrinin operativ, idarəetmə və mühasibat uçotunun əsaslarını dərindən bilmək; 1C:Müəssisə platformasında proqram məhsullarının layihələrdə tətbiqi (implementasiyası) və dəstəyi üzrə təcrübə; Biznes proseslərin analizi və mühasibatlıq tələblərinin proqram təminatına adaptasiyası bacarığı. İşin təsviri: Mühasibat uçotu modulu üzrə istifadəçi tələblərinin analizi, proqramda sazlanması və funksionallığın optimallaşdırılması; 1C:Müəssisə bazasında proqram məhsullarının hazırlanması, layihələrdə tətbiqi və cari dəstəyin göstərilməsi; Mühasibatlıq və maliyyə hesabatlılığı üzrə proqramda dəyişikliklər və yeniliklər üçün tələblərin müəyyən edilməsi; Proqram məhsulunun təkmilləşdirilməsi məqsədilə texniki tapşırıqların (TZ) hazırlanması və proqramçılara ötürülməsi; Yerinə yetirilən dəyişikliklərdən və yeniliklərdən sonra proqram modullarının sınaqdan (testdən) keçirilməsi; İstifadəçi sənədlərinin (təlimatların) hazırlanması; İstifadəçilərə proqramla işləmək üçün təlimlərin keçilməsi və gündəlik məsləhətlərin verilməsi. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə; Şirkət hesabına qidalanma; Şirkət hesabına fitnes xidmətləri; Peşəkar təlim və sertifikatlaşdırma (şirkət tərəfindən qarşılanır); Müəyyən edilmiş sabit əmək haqqı + yerinə yetirilmiş işlərdən (KPI/Layihələrdən) bonuslar; Mehriban, dinamik və səmimi kollektiv; Rəngarəng və maraqlı layihələrdə iştirak imkanı; İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə). Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. e-mail: hr@bestsoft.az