Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Müştəriləri satış mərkəzində qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və uyğun məhsul və həllər təklif etmək; Müştəriləri Şirkətin məhsul və xidmətləri ilə tanış etmək, məhsulların əsas texniki xüsusiyyətləri və istifadə imkanları barədə məlumat vermək; İT məhsullarının (kompüterlər, noutbuklar, monitorlar, printerlər, aksesuarlar və digər avadanlıqlar) satışı üzrə müştərilərə məsləhət xidməti göstərmək; Müştərilərin büdcə və tələblərinə uyğun məhsulları seçmək, alternativ məhsulları müqayisə etmək və satışın həyata keçirilməsini təmin etmək; Satış əməliyyatlarını düzgün və vaxtında rəsmiləşdirmək, müştəri sifarişlərini, hesabları və müvafiq satış sənədlərini hazırlamaq; Məhsulların anbardan sifariş edilməsi, mağazaya gətirilməsi və müştəriyə təhvil verilməsi proseslərini həyata keçirmək və izləmək; 1C proqramında məhsul qalıqlarına nəzarət etmək, ehtiyatı azalan və ya mövcud olmayan məhsulların vaxtında sifariş edilməsi üçün müvafiq tədbirlər görmək və anbarla koordinasiyanı təmin etmək; Satış, sifariş və məhsul qalıqları üzrə məlumatların 1C proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək; Korporativ müştərilərdən daxil olan sorğuların ilkin emalında, məhsul siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında iştirak etmək; Korporativ satış şöbəsinə müştəri sorğuları, məhsulların qiymətləri, mövcudluğu və çatdırılma müddətləri barədə məlumatların təqdim edilməsində dəstək göstərmək; Tender və kotirovka sorğuları üzrə tələb olunan məhsulların müəyyənləşdirilməsində və kommersiya təkliflərinin hazırlanması üçün məlumatların toplanmasında iştirak etmək; Müştəri xidmətinin keyfiyyət standartlarına və korporativ davranış qaydalarına riayət etmək; Şirkəti yüksək səviyyədə təmsil etmək, onun imicini və işgüzar nüfuzunu qorumaq; Müəyyən edilmiş satış planlarının və fəaliyyət göstəricilərinin yerinə yetirilməsini təmin etmək; İşçilər üçün təşkil olunan təlimlərdə iştirak etmək, məhsullar və satış prosesləri üzrə biliklərini mütəmadi artırmaq; İş yerinin səliqəsini və şəxsi görünüşünə dair korporativ tələblərə riayət etmək. Davranış bacarıqları Vaxtın idarə edilməsi; Komandada işləmək bacarığı; Ünsiyyətcillik və çeviklik; Müştəriyönümlülük və müsbət münasibət; Güclü iş etikası və məsuliyyətlilik; Danışıqlar aparmaq bacarığı; Münaqişələrin həlli və çətin müştərilərlə işləmək bacarığı; Diqqətlilik və məlumatlarla düzgün işləmək bacarığı. Xüsusi tələblər Təhsil: Biznes, iqtisadiyyat, marketinq, menecment və ya İT sahələri üzrə ali təhsil arzuolunandır; Orta ixtisas təhsili olan namizədlər də nəzərdən keçirilə bilər. Təcrübə: İT məhsullarının satışı sahəsində minimum 2 il iş təcrübəsi; Korporativ müştərilərlə iş və B2B satışları üzrə təcrübə üstünlükdür; Kompüter bacarıqları: MS Excel, Word və Outlook proqramlarından istifadə bacarığı; 1C proqramında işləmək bacarığı; 1C üzrə iş təcrübəsi üstünlükdür; Texniki biliklər: Kompüterlər, noutbuklar, monitorlar, printerlər və digər İT məhsulları haqqında baza bilikləri; Məhsulların əsas texniki xüsusiyyətlərini anlamaq və müqayisə etmək bacarığı. Dil bilikləri: Azərbaycan dili – əla səviyyədə; Rus dili – yaxşı səviyyədə; İngilis dili – arzuolunandır. Əmək haqqı : Müsahibə zamanı təyin olunacaq Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .