Kontent Creator (Team-Building Şirkəti üçün) - Booo.az

Местоположение: Bakı

Komandamıza kreativ və enerjili Kontent Creator axtarırıq! Əgər həm çəkiliş etməyi, həm də maraqlı və diqqətçəkən kontent yaratmağı bacarırsınızsa, sizi bizimlə işləməyə dəvət edirik. Vəzifə öhdəlikləri: Team-building tədbirlərində foto və video çəkilişlərin həyata keçirilməsi Sosial media üçün kreativ kontent ideyalarının hazırlanması və icrası Video montaj və kontentin optimallaşdırılması (Reels, TikTok və s.) Sosial media platformalarında paylaşım planının hazırlanmasında iştirak Brendin vizual üslubuna uyğun kontentin yaradılması Reklam və marketing mətnlərinin hazırlanması Tələblər: Foto və video çəkiliş sahəsində təcrübə Video montaj proqramları ilə işləmə bacarığı (Adobe Premiere Pro, CapCut və s.) Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı Kreativ düşüncə və operativ işləmə qabiliyyəti Komandada işləmək bacarığı Biz təklif edirik: Kreativ və dinamik iş mühiti Maraqlı layihələr və tədbirlərdə iştirak imkanı CV və portfolio-nuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Jooble.az - Kontent Creator” qeyd etməyiniz xahiş olunur. e-mail: m.konul@booo.az