Местоположение: Bakı
Konsaltinq sahəsində fəaliyyət göstərən şirkətimiz, mühasibatlıq sahəsində özünə karyera qurmaq istəyən dinamik və öyrənməyə həvəsli gəncləri Təcrübə proqramına dəvət edir. Təcrübə proqramı 1 ay davam edəcək və bu müddəti uğurla başa vuran namizədə daimi iş təklif olunacaqdır. Təcrübə dövründə nələri öyrənəcəksiniz? İlkin sənədlərin (qaimə, hesab-faktura, akt və s.) hazırlanması və sistemə işlənilməsi; Maliyyə əməliyyatlarının (gəlir-xərc) uçotunun aparılması; Dövlət portalları ( new e-taxes, ƏMAS, e-customs) ilə praktiki iş bacarığı; Bank və kassa əməliyyatlarının izlənilməsi; Debitor və kreditor borclara nəzarət edilməsi Əməkhaqqı hesablamalarının aparılması, vergi və sosial sığorta tutulmalarının yerinə yetirilməsi; Tələblər: Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq sahəsində); MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı; Öyrənməyə yüksək həvəs və məsuliyyətlilik; Rəqəmlərlə işləmə və analitik düşünmə bacarığı. Şirkət tərəfindən təmin edilir: Yol və nahar xərclərinin qarşılanması; Real iş mühitində peşəkar mühasiblər tərəfindən mentorluq; Təcrübə müddətini uğurla keçdikdə daimi işlə təmin olunma imkanı. İş şəraiti: İş rejimi: 5 günlük (09:00 - 18:00); Ünvan: Bakı şəhəri, 28 May (Kövkəb Səfərəliyeva küç.) Maraqlanan namizədlər CV-lərini "Jooble.az - Mühasib üzrə təcrübəçi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.