Yüklənir...
Местоположение: Bakı
Buta Park MMC tikinti və inşaat, tikinti materiallarının təchizatı, informasiya texnologiyaları və mühəndis-texniki həllər sahəsində fəaliyyət göstərən çoxprofilli şirkətdir. Şirkətimiz tikinti layihələrinin icrası, İT infrastrukturlarının qurulması, təhlükəsizlik, video-müşahidə, yanğın siqnalizasiya, girişə nəzarət və digər texnoloji sistemlərin təchizatı və quraşdırılması üzrə kompleks həllər təqdim edir. Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma. İş şəraiti İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 7 İş təcrübəsi: 5 ildən çox Əməkhaqqı: 1000–1500 AZN İş qrafiki: Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 10:00–13:00 Öhdəliklər Mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun aparılması; İlkin mühasibat sənədlərinin yoxlanılması və uçota alınması; Bank, kassa, alış, satış, idxal və anbar əməliyyatlarının uçotunun aparılması; Elektron qaimə-fakturaların, hesab-fakturaların və təhvil-təslim aktlarının hazırlanması; ƏDV, mənfəət, gəlir, əmlak, torpaq və digər vergilər üzrə hesabatların hazırlanaraq təqdim edilməsi; DSMF, statistika, məşğulluq və digər dövlət qurumlarına hesabatların təqdim olunması; Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanması; İşçilərin əməkhaqqından vergi və sosial ödənişlərin düzgün hesablanmasına nəzarət; Debitor və kreditor borclarının uçotu, üzləşmə aktlarının hazırlanması; Müştəri və təchizatçılarla hesablaşmalara nəzarət; Bank ödənişlərinin və internet bankçılıq əməliyyatlarının həyata keçirilməsi; Müqavilələrin maliyyə və vergi şərtlərinin yoxlanılması; İdxal əməliyyatlarının, gömrük sənədlərinin və malların maya dəyərinin uçotu; Əsas vəsaitlərin, inventarların və materialların uçotunun aparılması; Anbar qalıqlarına və inventarizasiya prosesinə nəzarət; Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; Pul vəsaitlərinin hərəkəti üzrə hesabatın hazırlanması və nəzarətdə saxlanılması; Şirkətin gəlir və xərclərinin təhlil edilməsi; Büdcənin və maliyyə planının hazırlanması, faktiki nəticələrin büdcə ilə müqayisəsi; Layihələr və fəaliyyət istiqamətləri üzrə gəlirlilik və rentabellik hesablamalarının aparılması; Məhsul və xidmətlərin maya dəyərinin hesablanması; Şirkətin ödəniş planının və pul axınının idarə edilməsi; Maliyyə risklərinin müəyyənləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim olunması; Rəhbərlik üçün maliyyə göstəriciləri və idarəetmə hesabatlarının hazırlanması; Vergi yoxlamaları və audit proseslərində şirkətin təmsil olunması; Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsinin təmin edilməsi; Mühasibat və maliyyə proseslərinin təkmilləşdirilməsi. Tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Baş mühasib və ya maliyyəçi vəzifəsində minimum 3–5 il iş təcrübəsi; Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək; Vergi və digər dövlət portallarında sərbəst işləmək bacarığı; Microsoft Excel və internet bankçılıq proqramlarında işləmək bacarığı; Maliyyə hesabatları, büdcələşdirmə və pul axınının idarə edilməsi üzrə təcrübə; Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyət; Sənədlərlə sistemli işləmək və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı; Komandada işləmək və rəhbərliyə düzgün hesabat təqdim etmək bacarığı; PMS sertifikatının olması üstünlükdür. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.