Horeca Satış meneceri - CAMAL LTD

Местоположение: Bakı

“CAMAL” LTD şirkəti HORECA satış istiqaməti üzrə Satış meneceri vəzifəsinə peşəkar və nəticəyönümlü namizəd axtarır. Vəzifə öhdəlikləri HORECA satış istiqamətinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması; Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəticələri nəzarətdə saxlamaq; Yeni HORECA müştərilərinin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi; Restoran, kafe, otel və digər HORECA obyektləri ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi; Satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək; Satış planlarının hazırlanması və nəticələrin mütəmadi təhlili; Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul/təkliflərin təqdim olunmasını təmin etmək; Komanda üzvlərinin fəaliyyət göstəricilərini qiymətləndirmək və satış effektivliyinin artırılması istiqamətində tədbirlər görmək; Müştəri şikayət və müraciətlərinin operativ şəkildə araşdırılmasını və həllini təmin etmək; Satış hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək; Debitor borcların və ödəniş intizamının nəzarətdə saxlanılmasında iştirak etmək; Şirkətin satış siyasətinə və daxili prosedurlarına riayət olunmasını təmin etmək. Namizədə tələblər Ali təhsil; HORECA, FMCG və ya satış sahəsində ən azı 5 il iş təcrübəsi ; Satış komandasının idarə olunması üzrə təcrübə; HORECA bazarı və müştəri seqmentləri haqqında məlumatlılıq; Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Komanda idarəetməsi və liderlik bacarığı; Analitik düşüncə və hesabatlarla işləmə bacarığı; Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü yanaşma; MS Office proqramlarında, xüsusilə 1 C proqramında işləmək bacarığı; Azərbaycan dilində və rus dilində səlis danışıq və yazı qabiliyyəti; İş şəraiti İş qrafiki: 6 günlük Əmək haqqı: 1200 Azn + bonus İş yeri: İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Horeca satış meneceri” yazmaqla müraciət edilir.