Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri; Şirkətin sosial media hesabları, reklam kampaniyaları və digər marketinq fəaliyyətləri üçün kreativ vizuallar hazırlamaq. Banner, poster, kataloq, buklet, təqdimat və digər çap və rəqəmsal dizayn materiallarını hazırlamaq. Brend qaydalarına uyğun vizual konseptlər yaratmaq və tətbiq etmək. Foto və video çəkilişlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək. Sosial media platformaları üçün qısa formatlı video kontent hazırlamaq və montaj etmək. Video materialların rəng korreksiyası, səs tənzimlənməsi, keçidlər və digər montaj işlərini yerinə yetirmək. Marketinq komandası ilə birlikdə kreativ ideyaların hazırlanmasında iştirak etmək. Vizual trendləri izləmək və yeni yanaşmaları layihələrdə tətbiq etmək. Namizədə tələblər; Ali təhsil; İş təcrübəsi: Qrafik dizayn sahəsində minimum 1 il. Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign və ya Figma proqramlarını yüksək səviyyədə bilmək. Adobe Premiere Pro, Adobe After Effects vəya CapCut proqramlarında video montaj bacarığı. Foto və video çəkilişi üzrə praktiki biliklər. Kreativ düşüncə tərzi və detallara diqqət. Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı. Üstünlük hesab olunur; Motion Design və animasiya bacarıqları. Süni intellekt alətləri (Higgsfield, Runway, Adobe Firefly, Freepik AI və s.) ilə işləmək təcrübəsi. Sosial media trendləri və kontent strategiyası haqqında bilik. Portfolio təqdim edilməsi. İş şəraiti; İş qrafiki: 6 günlük Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir. Əmək haqqı: 1000 AZN (net) Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., döngə 9/21D Əlaqə: 0555003202 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.