HR / İnsan resursları Təlimçi - Clover Leaders Academy MMC

Местоположение: Bakı

Clover Leaders Academy MMC — insan resurslarının idarə edilməsi sahəsində bilik və təcrübəsini paylaşaraq yeni nəsil HR mütəxəssislərinin inkişafına töhfə vermək istəyən təlimçiləri komandamıza dəvət edir. Vəzifə öhdəlikləri: İnsan resurslarının idarə edilməsi üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi; Tədris materiallarının hazırlanması və mütəmadi yenilənməsi; Əmək qanunvericiliyi və HR prosesləri üzrə nəzəri və praktiki biliklərin öyrədilməsi; ƏMAS, Əmək Müqaviləsi Bildirişi, İSB, e-Taxes və digər HR alətləri üzrə praktiki təlimlərin keçirilməsi; İşə qəbul və seçim prosesləri, vakansiyanın hazırlanması, CV-lərin qiymətləndirilməsi və müsahibə mərhələləri üzrə praktiki biliklərin öyrədilməsi; Əmək müqavilələri, məzuniyyətlər, əmrlər, ştat və tabel üzrə kadr inzibatçılığı proseslərinin izah edilməsi; Praktiki tapşırıqlar, real iş situasiyalarına uyğun nümunələr və case-lərin hazırlanması; Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi; Təlim iştirakçılarının suallarının cavablandırılması və tədris prosesində onlara dəstək göstərilməsi; Əmək qanunvericiliyində və HR sahəsində baş verən yeniliklərin izlənilməsi və tədris materiallarında nəzərə alınması. Namizədə tələblər: İnsan resursları və ya əlaqəli sahə üzrə ali təhsil; HR və kadr inzibatçılığı sahəsində praktiki iş təcrübəsi; Əmək qanunvericiliyi və əsas HR prosesləri üzrə yaxşı bilik; ƏMAS, İSB, e-Taxes və digər HR sistemləri ilə işləmə bacarığı; Təlim keçmək və mürəkkəb mövzuları aydın və anlaşıqlı şəkildə izah etmək bacarığı; Güclü kommunikasiya və təqdimat bacarıqları; Məsuliyyətli və sistemli iş prinsipi; Komandada işləmək bacarığı; MS Office proqramları, xüsusilə Word və Excel üzrə yaxşı bilik; HR üzrə təlimçi kimi əvvəlki iş təcrübəsinin olması üstünlükdür. İş qrafiki: Razılaşma əsasında Əməkhaqqı: Faiz sistemi əsasında müəyyən edilir. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .  Müraciət zamanı e-mailin mövzu hissəsində “HR təlimçi” qeyd olunması xahiş olunur. Əlaqə nömrəsi: 051 932 75 25