Yüklənir...
Местоположение: Bakı
Şirkətimiz sendviç panel istehsalı sahəsində çalışacaq, bu istiqamətdə praktiki təcrübəyə və peşəkar biliyə malik İstehsalat Meneceri axtarır. Vəzifə öhdəlikləri Sendviç panel istehsal prosesinin tam idarə olunması və koordinasiyası; İstehsalat xəttinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi; Gündəlik, həftəlik və aylıq istehsal planlarının hazırlanması və icrasına nəzarət; İstehsalat prosesində xammal, material və digər resurslardan səmərəli istifadə olunmasına nəzarət; Məhsulun keyfiyyət göstəricilərinin müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi; İstehsalat zamanı yaranan texniki və texnoloji problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və həlli; İstehsalat işçilərinin iş bölgüsünün aparılması və komandanın idarə edilməsi; İstehsalat göstəricilərinin, məhsuldarlığın və itkilərin mütəmadi təhlili; İstehsalat xərclərinin və tullantıların minimuma endirilməsi istiqamətində tədbirlərin görülməsi; Avadanlıqların düzgün istismarına və texniki vəziyyətinə nəzarət; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi; İstehsalat üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Namizədə tələblər Sendviç panel istehsalı sahəsində minimum 3-5 il iş təcrübəsi; Sendviç panel istehsal texnologiyası və istehsalat xəttinin iş prinsipi barədə praktiki bilik; İstehsalat proseslərini idarə etmək və optimallaşdırmaq bacarığı; İstehsalat kollektivi ilə işləmək və komanda idarəetmə bacarığı; Texniki problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı; Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq; Analitik düşünmə və qərarvermə bacarığı; MS Office proqramlarında işləmək bacarığı arzuolunandır; Ali və ya orta ixtisas təhsili. İş şəraiti İş yeri: Suraxanı rayonu.Binə qəsəbəsi İş qrafiki: 5 günlük KPİ dəyərləndirmə əsasında bonus; Nahar və servis şirkət tərəfindən təmin olunur. Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq. Qeyd: Yalnız sendviç panel istehsalı üzrə real praktiki təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Tələblərə cavab verən namizədlərdən CV-lərini “İstehsalat Meneceri – Sendviç Panel” başlığı ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.