Şəxsi köməkçi və sürücü - Company

Местоположение: Bakı

11 yaşlı məktəbli oğlan üçün şəxsi köməkçi və sürücü axtarılır. Vəzifə öhdəlikləri: Uşağı məktəbə aparıb-gətirmək; Gün ərzində uşağın yanında olmaq və gündəlik fəaliyyətlərində ona dəstək göstərmək; Uşağın ehtiyac yarandığı bütün sahələrdə ona kömək etmək; Məktəb, dərnək, məşğələ və digər tədbirlərə gediş-gəlişini təmin etmək; Uşağın təhlükəsizliyinə və rahatlığına diqqət yetirmək; Valideynlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirmək; Uşaqla ünsiyyətdə nəzakətli, səbirli və diqqətli olmaq. Namizədə tələblər: Kişi namizəd; Yaş 23-30 İngilis dilini əla səviyyədə bilməli; Etibarlı sürücülük vəsiqəsi olmalı; Minimum 3 il sürücülük təcrübəsi; Səliqəli, mədəni və məsuliyyətli olmalı; Uşaqlarla ünsiyyət qurmağı bacarmalı; Səbirli, diqqətli və etibarlı olmalı; Uzunmüddətli işləməyə hazır olmalı. Avtomobil ilə təmin edilir Xüsusi qeyd: Uşağın eşitmə ilə bağlı problemi olduğu üçün namizədin bu xüsusiyyətə həssas yanaşması, uşağın ünsiyyət və gündəlik ehtiyaclarında ona diqqətlə kömək etməsi vacibdir. Əmək haqqı:  1000 AZN İşə ciddi və məsuliyyətli yanaşan namizədlər müraciət edə bilərlər. Müraciət zamanı qısa CV və sürücülük təcrübəsi haqqında məlumat təqdim olunması xahiş olunur. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .