İstehsalat-Texniki Şöbə Mühəndisi (PTO) - Core Construction

Местоположение: Bakı

İş yeri: Bakı şəhəri / layihə ərazisi Struktur bölmə: İstehsalat-Texniki Şöbə (PTO) Vəzifə haqqında CORE CONSTRUCTION MMC tikinti layihələrinin texniki sənədləşdirilməsi, işlərin planlaşdırılması və icra prosesinə nəzarətin təmin edilməsi məqsədilə komandamıza İstehsalat-Texniki Şöbə Mühəndisi (PTO) vəzifəsi üzrə təcrübəli və məsuliyyətli əməkdaş axtarır. Əsas vəzifə öhdəlikləri Tikinti layihələri üzrə işçi sənədlərin, texniki hesabatların və icra sənədlərinin hazırlanması; Layihə və işçi çertyojların təhlili, texniki tələblərə uyğunluğun yoxlanılması; İşlərin icra qrafiklərinin hazırlanmasında və yenilənməsində iştirak etmək; Yerinə yetirilmiş işlərin həcmlərinin hesablanması və yoxlanılması; Görülmüş işlərə dair aktların, arayışların və digər texniki sənədlərin hazırlanması; Tikinti sahəsindən daxil olan məlumatların təhlili və hesabatların hazırlanması; Layihə, smeta və faktiki icra göstəricilərinin müqayisə edilməsi; Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi; Tikinti işlərinin təsdiq olunmuş layihəyə, texniki normalara və standartlara uyğunluğuna nəzarətdə iştirak etmək. Tələblər Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas); Tikinti sahəsində PTO mühəndisi vəzifəsi üzrə iş təcrübəsi; Tikinti layihələri və texniki sənədlərlə işləmək bacarığı; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; İş həcmlərinin hesablanması və texniki hesabatların hazırlanması üzrə biliklər; Tikinti norma və qaydaları haqqında məlumatlı olmaq; Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı. İş şəraiti Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi; Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir; Peşəkar inkişaf və böyük tikinti layihələrində iştirak imkanı. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “PTO mühəndisi” qeyd etməklə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.