Junior BI Developer / Data Analyst - Datalead MMC

Местоположение: Bakı

DataLead Consulting komandamıza məlumatların təhlili və Business Intelligence (BI) istiqamətində inkişaf etmək istəyən Junior BI Developer / Data Analyst axtarır. Namizədə tələblər: İnformasiya texnologiyaları, kompüter elmləri, riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (son kurs tələbələri də müraciət edə bilərlər); SQL üzrə ilkin biliklər (SELECT, JOIN, GROUP BY və s.); Verilənlər bazaları və məlumatların strukturu haqqında baza anlayışları; Microsoft Excel ilə işləmə bacarığı; Məlumatların təhlili və vizuallaşdırılmasına maraq; Analitik və məntiqi düşünmə qabiliyyəti; Yeni texnologiyaları öyrənmək və müstəqil araşdırma aparmaq bacarığı; İngilis dilində texniki sənədləri oxuyub anlamaq bacarığı; Komanda ilə işləmək və effektiv kommunikasiya bacarıqları. Üstünlük hesab olunacaq: Power BI, Tableau və ya digər BI platformaları ilə ilkin tanışlıq; Python üzrə baza biliklər; ETL/ELT prosesləri haqqında ilkin anlayış; Data Warehouse və Data Modeling konsepsiyaları ilə tanışlıq; Şəxsi layihələr, universitet layihələri və ya GitHub portfeli. Əsas vəzifə öhdəlikləri: Məlumatların toplanması, təmizlənməsi və təhlilində iştirak etmək; BI hesabatlarının və interaktiv dashboardların hazırlanmasına dəstək vermək; SQL sorğularının yazılması və optimallaşdırılmasında iştirak etmək; Məlumat mənbələrinin inteqrasiyası və transformasiyası proseslərində iştirak etmək; Biznes tələblərinin analitik həllərə çevrilməsində komandaya dəstək göstərmək; Yeni analitika və vizuallaşdırma texnologiyalarını mənimsəmək. Biz nə təklif edirik? Təcrübəli mütəxəssislərin mentorluğu ilə peşəkar inkişaf; Müasir BI və Data Analytics texnologiyalarını praktiki öyrənmək imkanı; Real korporativ layihələrdə iştirak; Beynəlxalq texnologiyalar və platformalar üzrə ixtisaslaşma perspektivi; Peşəkar və inkişaf yönümlü komanda mühiti; Karyera yüksəlişi imkanları. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .