Местоположение: Bakı
Komandamız genişlənir! Müxtəlif korporativ müştərilərin inşaat, texniki və təsərrüfat malları üzrə təchizatını həyata keçirən şirkətimizə məsuliyyətli və çevik Satınalma və Təchizat üzrə Mütəxəssis axtarırıq. Vacib qeyd: İş modelimiz çoxsaylı korporativ müştərilərin müxtəlif məhsul tələblərinin eyni vaxtda idarə olunmasını nəzərdə tutur. Bu səbəbdən namizədin B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsinin olması əsas tələbdir. Tələblər Minimum 1 il B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsi; Eyni vaxtda müxtəlif müştərilərin fərqli məhsul tələbləri ilə işləmə təcrübəsi; Təchizatçıların axtarılması, qiymətlərin toplanması və müqayisəsi; Təchizatçılarla qiymət, endirim və ödəniş şərtləri üzrə danışıqlar aparmaq bacarığı; Sifarişlərin təqibi və vaxtında çatdırılmasına nəzarət; MS Office, xüsusilə Excel proqramında sərbəst işləmək; Azərbaycan dilində səlis danışıq və yazı; Rus və ya İngilis dili biliyi üstünlükdür; Operativ, diqqətli və məsuliyyətli olmaq. Üstünlük veriləcək İnşaat materialları və texniki avadanlıqlar üzrə təchizat təcrübəsi; Geniş yerli təchizatçı bazası; İnşaat, təsərrüfat və texniki məhsulların qiymətləri barədə bazar məlumatı; Çoxsaylı məhsul kateqoriyaları ilə işləmək təcrübəsi. Vəzifə öhdəlikləri Korporativ müştərilərdən daxil olan məhsul tələblərinin araşdırılması; Müxtəlif kateqoriyalar üzrə uyğun təchizatçıların tapılması; Hər məhsul üzrə minimum 2–3 təchizatçıdan qiymət alınması və müqayisəsi; Qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması; Sifarişlərin yerləşdirilməsi və icrasının izlənilməsi; Məhsulun keyfiyyəti, sayı, qiyməti və çatdırılma müddətinə nəzarət; Alternativ məhsul və təchizatçıların araşdırılması; Anbar və digər şöbələrlə koordinasiya; Satınalma ilə bağlı hesabat və sənədləşmənin aparılması. İş şəraiti Məkan: Bakı, Əhməd Rəcəbli İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00 Maaş: Təcrübə və bacarığa uyğun olaraq müsahibə zamanı razılaşdırılır İş üçün korporativ nömrə təqdim olunur Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər - [email protected]