Местоположение: Bakı
Əsas vəzifələr : Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsində Marketinq komandasına dəstək olmaq; Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarının hazırlanması və idarə olunması prosesində iştirak etmək; Reklam kampaniyalarının gündəlik monitorinqində və nəticələrin izlənilməsində iştirak etmək; Reklam kampaniyalarının əsas göstəricilərini (CTR, CPC, CPM, CPA, ROAS və s.) öyrənmək və analiz etmək; Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və remarketing kampaniyalarının hazırlanması prosesində dəstək olmaq; Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə işləməyi öyrənmək və istifadəçi davranışlarının təhlilinə dəstək olmaq; Veb-saytın rəqəmsal performansının və SEO göstəricilərinin izlənilməsində iştirak etmək; Rəqib və bazar araşdırmalarının aparılmasına dəstək olmaq; Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək; Influencer əməkdaşlıqları və rəqəmsal marketinq layihələrinin həyata keçirilməsində dəstək olmaq; İş şəraiti: Əmək haqqı: 200 azn Nett əmək haqqı (Şirkət tərəfindən verilir) İş yeri: Bakı şəhəri, 25 Plaza; İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə); Əmək münasibətləri: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir. Namizədə tələblər: Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil alan və ya yeni məzun olmuş namizədlər; Rəqəmsal marketinq sahəsinə maraq və bu istiqamətdə inkişaf etmək istəyi; Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal marketinq platformaları haqqında ilkin biliklərin olması üstünlükdür; Müvafiq kurs, sertifikat və ya şəxsi layihələrin olması üstünlükdür. SEO və SEM haqqında ümumi anlayış; Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı; Analitik düşüncə və rəqəmlərlə işləməyə maraq; Öyrənməyə açıq və inkişafyönümlü olmaq; Yaradıcı və təşəbbüskar yanaşma; Komanda ilə işləmək bacarığı; Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq. Tələblərə uyğun namizədlər mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Təcrübəçi” qeyd etməklə şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.