Yüklənir...
Местоположение: Bakı
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. İş şəraiti Ərazi: Bakı Maaş: Razılaşma İş rejimi: Tam iş günü (5 gün) Müqavilə: Əmək müqaviləsi Vəzifə öhdəlikləri: Bütün növ BOKT əməliyyatlarının və BOKT-də mövcud olan bütün risklərin auditini aparmaq; BOKT-un maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının auditini aparmaq; Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək; Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək; Boşluqları aşkar etmək və risklərin qarşısının alınması üzrə tədbirləri tövsiyyə etmək; Mühasibat sənədlərini, əvvəlki hesabatları, məlumatları, sxemləri və s. qəbul etmək, təhlil etmək və qiymətləndirmək; Audit zamanı aşkar edilmiş problemlər haqqında yekun qərar qəbul edilməsi üçün araşdırmaq; Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək; Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək. Tələblər: Yaş: 21 — 35 yaş Təhsil: Ali təhsil Maliyyə, iqtisadiyyat üzrə ali təhsil; Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür; Müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də BOKT daxili normatıv sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək; MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək; Analitik düşünmə, təhlil etmə qabiliyyəti. Qeyd - Xüsusi ilə Bank və BOKT təcrübəsi olan namizədlər tələb olunur. Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Jooble.az - Audit” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur. e-mail: hr@falconfinance.az