Yüklənir...
Местоположение: Bakı
BOKT “Falcon Finance” MMC İnsan resursları üzrə mütəxəssis vakansiyası elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. İş şəraiti: Ərazi: Bakı Maaş: Razılaşma İş rejimi: Tam iş günü (5 gün) Müqavilə: Əmək müqaviləsi Əsas vəzifələr: Yeni işçilərin işə qəbulu, müqavilələrin hazırlanması və sənədlərin formalaşdırılmasında dəstək göstərmək; İşdən çıxan əməkdaşların sənədlərinin düzgün tərtib olunmasında dəstək göstərmək; Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər HR əməliyyatları ilə bağlı məlumatların toplanmasında və hazırlanmasında dəstək göstərmək; HR hesabatlarının (işçi sayı, məzuniyyət qalığı, dövriyyə göstəriciləri və s.) hazırlanmasında iştirak etmək; HR fayllarının arxivləşdirilməsi və sistemli saxlanılmasına dəstək göstərmək; HR tədbirlərinin (təlimlər, görüşlər, daxili aksiyalar və s.) təşkilinə inzibati dəstək göstərmək; Yeni əməkdaşların adaptasiya prosesində iştirak etmək və ilkin məlumatlandırmanı dəstək göstərmək; HR siyasət və prosedurlarının tətbiqində komanda üzvlərinə dəstək olmaq; İşçilərin şəxsi məlumatlarının HR sisteminə düzgün və vaxtında daxil edilməsi və yenilənməsində dəstək göstərmək; İR layihələrində aktiv iştirak etmək; Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak etmək, təkliflər vermək və sənədləşmədə kömək etmək; Layihələr üzrə vizualların hazırlanmasında ideyaların verilməsi; Layihələr üzrə sənədləşmə işlərinin həyata keçirilməsi; İllik işçi bağlılığı sorğumuzdan əldə edilən rəy əsasında əsas kommunikasiya fəaliyyətlərini formalaşdırması və məlumatlandırması; Daxili tədbirlərin və layihələrin təşkilində kömək və iştirak etməsi; Tələblər: Yaş: 21 — 35 yaş Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Ali təhsil Fərdi və komanda tərkibində işləmə qabiliyyəti; Cins: Qadın Qeyd - Bank və BOKT təcrübəsi olan namizədlər tələb olunur Göstərilən tələblərə cavab verən, xüsusi ilə Bank və BOKT təcrübəsi olan namizədlərin CV-lərini “Jooble.az - İnsan resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur. e-mail: hr@falconfinance.az