Yüklənir...
Местоположение: Bakı
Təsvir Satış və marketinq strategiya və planlarının icrasını təmin etmək; Pərakəndə satış və distribyutor kanalları üzrə satış, gəlirlilik və paylanma hədəflərini idarə etmək; Bazar, rəqib, qiymət və istehlakçı tendensiyalarını təhlil etmək; Yeni müştəri və satış imkanlarını müəyyən etmək və inkişaf etdirmək; Distribyutor və əsas müştərilərlə əməkdaşlığı idarə etmək; Marketinq kampaniyalarını, təşviqat və ticarət marketinqi fəaliyyətlərini koordinasiya etmək; Brend, rəqəmsal kommunikasiya və mağazadaxili görünürlük fəaliyyətlərini idarə etmək; Satış və marketinq göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq; Satış və marketinq büdcəsinin icrasına nəzarət etmək; Aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək. Tələblər Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil; Sürətli istehlak malları sektorunda satış və/və ya marketinq üzrə minimum 5 il, rəhbər və ya nəzarətçi səviyyəsində minimum 2 il təcrübə; Pərakəndə satış, distribyutorların idarə edilməsi və əsas müştərilərlə iş üzrə təcrübə; Analitik və strateji düşüncə; Excel və PowerPoint üzrə yaxşı bilik; Azərbaycan və İngilis dili biliyi; Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı; Nəticəyönümlülük və təşəbbüskarlıq. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən) Təlim dəstəyi Yanacaq dəstəyi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.