Yüklənir...
Местоположение: Bakı
Şöbə: Hazır Beton Məhsulları İş vaxtı: Tam Əsas vəzifələr: Bütün sahə əməliyyatlarını, o cümlədən istehsalat, texniki xidmət, avadanlıqlardan səmərəli istifadə, işçilərin və podratçıların fəaliyyətini əlaqələndirir və koordinasiya edir. Lider kimi, nümunə olaraq təhlükəsizlik mədəniyyətini təşviq edir, bütün əmək fəaliyyətini təhlükəsizlik siyasət və prosedurlarına müvafiq həyata keçirir. Zavodla əlaqəli prosesləri nəzərdən keçirir və yaxşılaşdırılması təkliflərini verir. Zavodun səmərəliliyi və məhsuldarlığını saxlamaq məqsədilə avadanlıqlara nəzarət edir və tövsiyələr verir. Zavodda müqavilə əsasında fəaliyyət göstərən podratçıların fəaliyyətinə nəzarət edir və işin keyfiyyətinə, resurslardan səmərəli istifadəyə və müəyyən olunmuş vaxta müvafiqliyinə cavabdehlik daşıyır. İstehsal planına müvafiq olaraq, müştərinin nümayəndəsi ilə gündəlik əlaqə saxlayır və betonun miqdarı, vaxtı və yerini təsdiq edir. Beton üzrə Zavod Menecerini bütün dəyişikliklər haqqında məlumatlandırır. Paylanma planına uyğun olaraq məhsulun təyin olunmuş tikinti sahəsinə çatdırılmasına nəzarət edir. Beton zavodunda işləyən bütün işçilərə iş vaxtı haqqında məlumatların verilməsinə cavabdehdir. Əmlakın saxlanması və idarəolunmasına cavabdehlik daşıyır. Zavod işçilərinin, texniki xidmət, istehsal və paylama ilə məşğul olan içilərin idarəolunmasına cavabdehlik daşıyır. Təlim tələblərinin yenilənməsi və tələb olunan kimi təklif olunmasını təmin edir. İstehsal materiallarının bölüşdürülməsinə nəzarət edir. Xərclərə nəzarət və istehsal tələbinə müvafiq olaraq zavodla bağlı bütün təmir və texniki xidmətin planlaşdırılmasını həyata keçirir. Zavodla əlaqəli ekoloji aspektləri və problemləri şərh edir və onlara nəzarət edir. Bütün lazım olan xam materialların inventarizasiyasını aparır. Ayın yekunu üçün inventar və fərqlilik haqqında hesabatlar hazırlayır. Hər ayın sonunda maliyyə icmalına nəzər salır. Qarşıda duran və mövcud tələb və narahatlıqları müzakirə etmək üçün aktiv layihələrin müştəriləri ilə əlaqə saxlayır. Çatdırılmanı həyata keçirən əməkdaşların müştəri ərazisindəki fəaliyyətinə nəzarət edir. Hadisələrin araşdırılmasını təşkil edir və hesabat verir. Zavod məhsulunun tələb olunan keyfiyyətdə olmasını təmin edir. Xammalın keyfiyyət spesifikasiyası daxilində olmasına nəzarət edir. Təhlükəsizlik tədbirlərinin davamlı təkmilləşdirilməsini təmin edir və onların müəyyən edilmiş standartlara uyğunluğuna nəzarət edir. Əməliyyatların müəyyən edilmiş əsas fəaliyyət göstəricilərinə (ƏFG) uyğunluğuna nəzarət edir. Bacarıq və Kvalifikasiyalar: İnşaat, mühəndislik və ya müvafiq sahədə Ali təhsil; Tikinti sahəsi üzrə işçi qüvvələrinin idarəolunmasında iş təcrübəsi; Hazır beton məhsulları sahəsində bilik və minimum 3 il təcrübə; MS Office tətbiqi; Detallara diqqətlə yanaşmaq; Azərbaycan dili – sərbəst, İngilis dili biliyi üstünlükdür. Maraqlananlar CV–lərini, mövzu hissəsində mütləq HBM İstehsalat üzrə Menecer yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.