Təhlükəsizlik işçisi - Holiday Inn Baku

Местоположение: Bakı

Əsas öhdəlikləri: Binanın, qonaqların və işçilərin qorunmasını təmin etmək və təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq rəhəbrlik tərəfindən qoyulmuş qaydaların tətbiq edilməsinə nəzarət etmək. Kameralara və ərazidə quraşdırılmış bütün siqnalizasiya sisteminə nəzarət etmək. Fövqaladə hallar zamanı bütün lazımi tədbirləri görmək.  Qonaqların, ziyarətçilərin və işçilərin binaya giriş-çıxışına nəzarət etmək.  Müəyyən olunmuş ərazilərdə təhlükəsizlik yoxlamaları aparmaq.  Bütün qayda pozuntuları ilə bağlı rəhbərliyə məlumat vermək.  Namizədə dair əsas tələblər: Təhlükəsizlik şöbəsində əvvəlki təcrübəsi olması üstünlükdür. Əla ünsiyyət və müştəri xidməti bacarıqları. Əla Azərbaycan dili biliyi, rus və ingilis dillərini orta səviyyədə bilmək arzu olunandir. Yüksək məsuliyyət və etibarlı olmaq  Yaş 24-38, boy 175 sm üzəri Yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlər öz CV-lərini e-mail-in mövzu hissəsində “Təhlükəsizlik işçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. Mövzu hissəsi qeyd olunmayan müraciətlərə baxılmayacaq.