Yüklənir...
Местоположение: Bakı
Interium komandamıza qoşulmaq üçün rəqəmsal marketinq sahəsində təcrübəli, analitik düşüncəyə malik və nəticəyönümlü əməkdaş axtarırıq. Vəzifə öhdəlikləri Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması, idarə edilməsi və nəticələrinin təhlili; Meta Ads və Google Ads reklam kampaniyalarının qurulması, optimallaşdırılması və effektivliyinin artırılması; SEO və AI əsaslı axtarış sistemlərində şirkətin görünürlüyünün artırılması; Hədəf auditoriyasının müəyyənləşdirilməsi və potensial müştərilərin cəlb edilməsi; Süni intellekt (AI) alətlərindən araşdırma, analitika və iş proseslərinin optimallaşdırılmasında istifadə; Reklamlardan daxil olan müraciətlərin keyfiyyətinin və effektivliyinin təhlili; Reklam büdcəsinin səmərəli idarə olunması və nəticələrə uyğun təkliflərin hazırlanması; Marketinq fəaliyyətinin nəticələri üzrə mütəmadi hesabatların hazırlanması. Namizədə tələblər Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi; Meta Ads və Google Ads reklam platformaları ilə praktiki iş təcrübəsi; SEO və müasir AI axtarış sistemləri haqqında biliklər; Excel və Google Sheets üzrə yaxşı biliklər; Analitik düşünmə və məlumatlar əsasında qərarvermə bacarığı; Yüksək kommunikasiya və təqdimat bacarığı; Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük; Komanda ilə işləmək bacarığı. İş şəraiti Əmək haqqı: 700 AZN (Net); İş qrafiki: Həftədə 5 iş günü; İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi, Park Yasamal Yaşayış Kompleksi. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Rəqəmsal Marketinq Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər: