Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Sistem üzrə daxil olan sifarişlərin analizi, eləcə də kateqoriya, ərazi və icra tarixləri üzrə bölgülərin aparılması; Sifarişi müşayiətedici sənədlərin çap olunması, eləcə də, sənədlərin tamlığının yoxlanılması; Texniklərin, ustaların gündəlik olaraq ərazilər üzrə təyin olunması, həmçinin, işlərin kənar xidmət göstərən ustalara, briqadalara bölgü edilməsi; Gündəlik olaraq sifarişlərin cari statuslarının yoxlanılması və yenilənməsi, zərurət yarandıqda müştərilərlə əlaqənin qurulması, məlumatların təqdim olunması; Çatışmayan məlumatların daxil edilməsi üçün aidiyyəti üzrə yönləndirilməsi; Təhvil verilmiş və icra olunmamış sifarişlərin sistem üzrə qeydiyyatının aparılması, sənədlərin təhvil alınıb yoxlanması və arxivləşdirilməsi; Digər şöbələrdən, eləcə də, prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular əsasında sifarişlərə aid sənədlərin və məlumatların təqdim olunması; Məhsul, avadanlıq və ehtiyat hissələrinin vaxtı-vaxtında sifarişi və qalığa nəzarət edilməsi, xammal ehtiyacının təhlili və müvafiq sifarişlərin formalaşdırılması; Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli və aidiyyəti üzrə yönləndirilməsi, işlə bağlı yazışmaların aparılması; Tabeliyində olan əməkdaşlar üçün ezamiyyət, məzuniyyət eyni zamanda nəqliyyat vasitələr üçün lazımi sənədlərin ( etibarnamə, yol vərəqəsi və s.) hazırlanması üçün müraciətlərin göndərilməsi; Birbaşa rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, hesabatların hazırlanlanıb, təqdim olunması. Tələblər: Ali təhsil(İqtisadi, İdarəetmə, texniki sahələr üzrə arzu olunandır); Səlis azərbaycan dili, rus dili biliyi arzuolunandır; Müvafiq sahədə minimum 1 il təcrübəsi; Xidmət ərazilərini yaxşı tanıması; MS Office proqramlarında sərbəst işləmə bacarığı; Riyazi və məntiqi biliklər; Analitik düşüncə, təhliletmə qabiliyyəti; Punktuallıq və detallara diqqət etmə bacarığı; Problem həll etmə bacarığı; Məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq; Sərbəst qərar verə bilmə bacarığı; Komandada işləmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.