Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Boya proseslərinin nəzarətini aparmaq, səth hazırlığı və boya tətbiqi keyfiyyətini yoxlamaq: Qumlama və boya işləri üzrə müvafiq sınaq, yoxlama və sənədləşmə işlərini aparmaq; Beynəlxalq boya standartları (ISO, NACE, SSPC və s.) üzrə yoxlamalar aparmaq; Inspection & Test Plan (ITP), Method Statement və boya prosedurlarının tələblərinin icrasına nəzarət; Gündəlik inspection report və coating inspection sənədlərinin (RFI) hazırlanması; Ölçmə cihazlarının kalibrasiya vəziyyətinin yoxlanılması; Sifarişçi və podratçı nümayəndələri ilə keyfiyyət məsələləri üzrə koordinasiya. Tələblər: Boya və qoruyucu örtük sistemləri üzrə praktiki iş təcrübəsi; (minimum 3 il) Beynəlxalq dərəcəli boya inspektoru sertifikatı (SSPC/NACE/BGAS Level 2) ISO 8501, ISO 8502, ISO 8503, ISO 8504, ISO 12944, SSPC/NACE standartları barədə bilik; DFT gauge, surface profile gauge, dew point meter, soluble salt tester və digər inspection cihazlarından istifadə bacarığı; Texniki sənədləri və coating specification-ları oxumaq bacarığı; Keyfiyyət hesabatlarının hazırlanması; MS Office proqramlarında işləmək bacarığı; Azərbaycan dili — yaxşı səviyyədə; İngilis dili — texniki sənədləri oxuya biləcək səviyyədə. Əmək şəraiti: İş yeri: Heydər Əliyev adına Neft Emalı Zavodu. İş rejimi: Həftə içi 6 gün. 08:00-17:00. Əmək haqqı: 1800-2000 Azn net. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.