Yüklənir...
Местоположение: Bakı
«Qaymaq Premium» — «Eko + Premium» konsepsiyasını özündə birləşdirən eko-butiklər şəbəkəsidir. Müəssisəmiz yüksək keyfiyyətə malik təbii fermer məhsullarının "ultra-fresh" çeşidlərini təqdim edir və müştərilərə premium səviyyəli xidmət zəmanəti verir.. Hazırda 7 filialımız fəaliyyət göstərir. Biz həm mövcud şəbəkəyə rəhbərlik edəcək, həm də yeni satış nöqtələrinin açılışını və inkişafını öz üzərinə götürəcək güclü əməliyyat lideri axtarırıq. Əsas vəzifə və öhdəliklər: Yeni butiklərin sıfırdan açılışına tam rəhbərlik (uyğun lokasiyanın təyini, təchizat, təmir işlərinə nəzarət ). Açılışı planlaşdırılan filiallar üçün yeni işçi qruplarının formalaşdırılması və tam hazırlıq vəziyyətinə gətirilməsi. Mövcud şəbəkənin əməliyyat idarəçiliyi və fəaliyyət göstərən 7 butikdə satış hədəflərinin, müəyyən edilməsi. Əməliyyat xərclərinin mütəmadi optimallaşdırılması və qısaömürlü (Ultra-Fresh) məhsulların silinmə (itki) faizinin minimuma endirilməsi. "Eko + Premium" standartlarına nəzarət Təbii və orqanik kənd təsərrüfatı məhsulları üçün kritik olan "soyuq zəncir" (cold chain) qaydalarına, son istifadə tarixlərinə və sanitariya normalarına nəzarət. Bütün satış nöqtələrində müştərilərə premium səviyyəli xidmətin göstərilməsi, vitrinlərin vizual standartlara uyğun yığılması və təmizlik qaydalarının tətbiqi. İnsan resurslarının inkişafı və idarə edilməsi, satış personalının seçimi, onlara peşəkar təlimlərin keçirilməsi. İşçilərin motivasiyasının artırılması və onların fəaliyyətinin dövri qiymətləndirilməsi. Analitika və Maliyyə hesabatlılığı Şəbəkə üzrə bütün maliyyə göstəricilərinin (Mənfəət və Zərər) mütəmadi analizi. Daxili biznes proseslərinin davamlı təkmilləşdirilməsi və təsisçilərə dəqiq əməliyyat hesabatlarının təqdim edilməsi. Namizədə tələblər: Ali təhsil (İqtisadiyyat, Menecment və ya Biznesin idarə edilməsi sahələrinə üstünlük verilir). Pərakəndə satış (Premium Retail, FMCG, Eko-qida və ya HoReCa) sektorunda idarəedici və ya Əməliyyatlar üzrə menecer mövqeyində ən azı 3-5 il iş təcrübəsi. Yeni mağaza və ya filialların sıfırdan açılışı, komandanın qurulması və satış nöqtəsinin tam əməliyyat vəziyyətinə gətirilməsi üzrə təcrübə. Qısa saxlama müddəti olan (Fresh/Ultra-Fresh) kənd təsərrüfatı və süd məhsullarının spesifikasiyası, "soyuq zəncir" və logistika prinsipləri üzrə biliklər. Maliyyə hesabatlılığı , büdcə planlaması, marja təhlili və xərclərin optimallaşdırılması bacarığı. 1C , MS Office (xüsusilə MS Excel proqramında yüksək səviyyədə) və müvafiq CRM sistemlərində sərbəst işləmə qabiliyyəti. Azərbaycan,Rus dillərində (inglis-dili arzuolunandır) sərbəst danışıq. Çoxsaylı komandanı idarə etmək, yönləndirmək və mütəmadi motivasiya etmək bacarığı. Dinamik böyümə mühitində çevik qərar vermə, böhran və riskləri idarə etmə qabiliyyəti. Güclü analitik düşüncə, sistemlilik, detallara qarşı diqqətlilik və nəticəyönümlülük. Şəxsi avtomabilin olması mütləqdir Sizə nə təklif edirik? Sabit əmək haqqı + şəffaf KPI və bonus sistemi; Yeni filialların uğurlu açılışına görə əlavə bonuslar; Nəqliyyat və mobil rabitə xərcləri; Sürətlə böyüyən şirkətdə yüksək səviyyəli rəhbər vəzifə; Biznesin inkişafına birbaşa təsir etmək və qərarvermə prosesində iştirak etmək imkanı; Yeni filialların açılması və şəbəkənin genişləndirilməsi ilə real karyera inkişafı; Qaymaq Premium-un gələcəkdə böyük premium brendə çevrilməsi prosesində əsas rəhbər rollardan birini tutmaq imkanı. Ünvan: Binəqədi yolu 100 Müraciət etmək üçün vakansiya başlığını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV-nizi göndərməyiniz xahiş olunur