Yüklənir...
Местоположение: Bakı
Restoran və xidmət sektorunda fəaliyyət göstərən şirkətimizə operativ, məsuliyyətli, araşdırma və koordinasiya bacarığı yüksək olan Marketinq Mütəxəssisi axtarırıq. Əsas vəzifə öhdəlikləri: Restoranlarda keçirilən banket və tədbirlər üzrə müştəri rəylərinin toplanması, xidmət keyfiyyətinin araşdırılması və hesabatların hazırlanması Wolt və Bolt platformalarında restoran məlumatlarının, qiymətlərin, məhsulların və vizual materialların yoxlanılması və yenilənməsi Restoranların QR menyularında qiymət, məhsul tərkibi, şəkil, dil və digər məlumatların düzgünlüyünün yoxlanılması Restoranlar üçün mövsüm və xüsusi günlərə uyğun fon musiqilərinin hazırlanması və koordinasiyası Mövcud müştəri məlumatları əsasında müştəri bazasının yaradılması və mütəmadi yenilənməsi Mikro və makro influencerlər üzrə məlumat və qiymət bazasının formalaşdırılması Şəhərdaxili monitorlar, outdoor reklam qurğuları, ticarət mərkəzləri və digər reklam sahələri üzrə araşdırmaların aparılması, qiymət təkliflərinin toplanması Outdoor reklamlar üçün dizaynerlərə düzgün və ətraflı brief verilməsi Restoranlardan daxil olan çap materialları üzrə sifarişlərin koordinasiyası, hazırlanmış materialların yoxlanılması və qeydiyyatının aparılması Şirkətlər üçün korporativ əməkdaşlıq təkliflərinin hazırlanması, e-mail vasitəsilə göndərilməsi və yazışmaların həyata keçirilməsi Restoranların YouTube kanallarının idarə olunması və video kontentlərin yerləşdirilməsi Tripadvisor hesablarının mütəmadi yoxlanılması və məlumatların yenilənməsi Restoranların Google Maps, Instagram, Bolt, Uber, Yango, Waze və digər xəritə platformalarında ünvan və məlumatlarının düzgünlüyünün yoxlanılması Websayt-da həftəlik tədbir məlumatlarının yerləşdirilməsi və sayt üzrə müvafiq yeniliklərin edilməsi Restoranlara aid marketinq materiallarının vahid bazada sistemli şəkildə saxlanılması və yenilənməsi Foto, video, dizayn, motion, QR menyu, çatdırılma platformaları və digər marketinq məlumatlarının sistemləşdirilməsi Rəqiblərin mütəmadi izlənilməsi və rəqib analizlərinin hazırlanması Ölkədə keçirilən böyük tədbirlər, sərgilər, yarışlar və beynəlxalq layihələrin araşdırılması, uyğun marketinq təkliflərinin hazırlanması Azərbaycanda fəaliyyət göstərən restoranlar üzrə ərazi, sosial media və digər məlumatları əhatə edən məlumat bazasının hazırlanması Namizədə tələblər: Marketinq sahəsində təcrübə arzuolunandır Araşdırma və məlumat toplama bacarığı MS Excel və Google Sheets ilə işləmə bacarığı Hesabat hazırlamaq və məlumatları sistemləşdirmək bacarığı Sosial media və rəqəmsal platformalar haqqında anlayış Google Maps, Tripadvisor, YouTube, Wolt, Bolt və oxşar platformalarla işləmək bacarığı üstünlükdür E-mail yazışmaları və korporativ kommunikasiya bacarığı Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət Rus və ingilis dili biliyi üstünlükdür Diqqətli, məsuliyyətli və operativ olmaq Eyni anda bir neçə layihəni idarə edə bilmək Komanda ilə işləmə və koordinasiya bacarığı Biz nə təklif edirik? Böyük və müxtəlif restoran brendləri ilə işləmək imkanı Marketinqin həm rəqəmsal, həm də ənənəvi istiqamətlərində praktiki təcrübə Peşəkar marketinq və kreativ komanda ilə işləmək imkanı İnkişaf və karyera perspektivi Stabil və dinamik iş mühiti İş şəraiti İş yeri: Ofis İş saatları: 09:00-18:00 / həftə içi 5 gün Əmək haqqı: 800 AZN Tam Ştat Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .