Yüklənir...
Местоположение: Bakı
Mebel və elektronika sahəsində keyfiyyətli məhsulları və fərqli xidməti ilə seçilən mağazalar şəbəkəmiz üçün sosial media hesablarımızı (Instagram, Facebook, TikTok) canlandıracaq, yaradıcı ideyaları ilə brendimizi trendə çevirəcək dinamik və həvəsli "Tiktoker/Sosial media həvəskarı" axtarırıq! Əsas Öhdəliklər: Mebel və elektronika məhsullarının satış hədəflərinə uyğun, auditoriyanı hərəkətə keçirən aylıq kontent və kommunikasiya strategiyasının qurulması; Mağaza daxilində məhsulların preminum və cəlbedici görünməsi üçün mobil çəkilişlərin (Reels, TikTok, Shorts) kadr, işıq və konsepsiya baxımından mükəmməl şəkildə təşkil edilməsi; Çəkilən materialların müasir montaj dinamikasına (CapCut, Premiere və s.) və trendlərə uyğun, sıxıcı olmayan formatda işlənməsinə nəzarət etməsi; Sosial media postları üçün "satın alma istəyi" oyadan, qrammatik cəhətdən qüsursuz və maraqlı mətnlərin (copywriting) yazılması; Namizədə aid tələblər: Yüksək vizual zövq və estetik baxış açısı (Kadrı, rəngi, işığı və kompozisiyanı hiss edən); Sosial media alqoritmlərini (Instagram, TikTok) dərindən bilən və trend dəyişikliklərinə dərhal adaptasiya olan; Azərbaycan dilində mükəmməl, zəngin və hədəf kütləsinə xitab edən yazı qabiliyyəti; Vaxtın idarə edilməsi bacarığı, məsuliyyətlilik və detallara qarşı həssaslıq; Təzyiq altında işləmək yox, işini sevərək yaradıcı həllər istehsal etmək vizyonu. Biz nə təklif edirik? (İş Şəraiti): İş qrafiki: Həftədə 6 gün (İşin gedişatına və çəkiliş planına uyğun olaraq çevik qrafik imkanı); Əmək haqqı: 600 AZN + Səhifənin böyüməsi və satış KPI-larına əsaslanan performans bonusları (Məbləğ namizədin peşəkarlığına əsasən müsahibədə təyin olunacaq); Fikir və ideyalarınıza dəyər verilən, bürokratiyadan uzaq, dinamik və yaradıcı iş mühiti; CV-lər Azərbaycan dilində olmasını xahiş edirik. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.