Təchizat üzrə koordinator - Seaport Catering

Местоположение: Bakı

Vəzifə və öhdəliklər: Mövcud və potensial təchizatçıların araşdırılması, qiymət və kommersiya təkliflərinin toplanılması və müqayisəli təhlilinin aparılması; Təchizatçı şirkətlərlə gündəlik işgüzar əlaqələrin qurulması və effektiv əməkdaşlığın təmin edilməsi; Məhsulların sifarişə uyğunluğunun, miqdarının, çeşidinin və keyfiyyət göstəricilərinin yoxlanılması prosesinin koordinasiya edilməsi; Təchiz olunan malların elektron qaimələr, sifariş sənədləri və digər müvafiq sənədlər əsasında yoxlanılması; Elektron qaimələrdə məhsul adı, miqdar, qiymət və digər məlumatların sifariş və faktiki təhvil-təslim göstəriciləri ilə uyğunluğunun yoxlanılması; Aşkarlanmış uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması və məsələlərin həllinin izlənilməsi; Təchizatçı şirkətlərlə müqavilələrin hazırlanması və müqavilə şərtlərinin razılaşdırılması prosesində iştirak edilməsi; Müqavilələr üzrə qiymət, ödəniş, çatdırılma, keyfiyyət və digər şərtlərin icrasına nəzarət edilməsi; Müqavilələrin qüvvədə olma müddətlərinin və yenilənmə tarixlərinin izlənilməsi; Təchizatçıların ödəniş və hesablaşmaları ilə bağlı Maliyyə şöbəsi ilə koordinasiyanın təmin edilməsi; Təchizatçı şirkətlərlə aylıq üzləşmələrin və hesabatların hazırlanması; Maliyyə şöbəsi ilə birlikdə aylıq təchizat və maliyyə hesabatlarının hazırlanması və məlumatların dəqiqliyinin yoxlanılması; Sifarişlər, alışlar, qiymətlər, çatdırılmalar və təchizatçılar üzrə məlumatların sistemli şəkildə qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi; Təchizat üzrə sənədlərin düzgün, tam və vaxtında hazırlanması, sistemləşdirilməsi və aidiyyəti şöbələrə təqdim edilməsi; Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və nəticələr barədə rəhbərliyə məlumatların təqdim edilməsi; Təchizat prosesi üzrə mütəmadi hesabatların, statistik məlumatların və analizlərin hazırlanması; Rəhbərliyə təchizat prosesi, qiymət dəyişiklikləri, təchizatçıların fəaliyyəti və yaranmış problemlərlə bağlı müvafiq məlumatların təqdim edilməsi; Təchizat proseslərinin daha səmərəli, operativ və sistemli təşkili ilə bağlı təkliflərin hazırlanması; Şirkətin daxili prosedur və qaydalarına uyğun olaraq təchizat proseslərinin həyata keçirilməsi; Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.Tələblər: Tələblər Müvafiq sahədə minimum 2 il iş təcrübəsi ; Microsoft Office , xüsusilə Excel, Word və Outlook proqramlarında sərbəst işləmək bacarığı; Güclü ünsiyyət və analitik düşünmə bacarığı; Operativ qərarvermə və problem həll etmə bacarığı; Məsuliyyətli, diqqətli, dəqiq və punktual yanaşma; Təchizat proseslərini sistemli şəkildə idarə etmək bacarığı. İş qrafiki və şirkət tərəfindən təminatlar İş qrafiki: 5 iş günü ; Şənbə və bazar günləri istirahət; Nahar şirkət tərəfindən təmin edilir; İş üçün mobil nömrə təqdim edilir. Əmək haqqı 800-1000 Azn Tələblərə uyğun namizədlər CV-lərini mövzu bölməsində “Təchizat üzrə koordinator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər: