Yüklənir...
Местоположение: Bakı
Əsas tələblər: Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə Ali təhsil; Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi; Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq; 1C 8.3 biliyi; PMS sertifikatının olması üstünlükdür, ACCA F3 sertifikatı arzuolunandır. Vəzifə öhdəlikləri: Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması; Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi; ƏDV, Mənfəət Vergisi, Əmlak vergisi, Vahid bəyənnamə, Statistika və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması ; Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması; Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması. Təxirə salınmış vergilərin hesablanması; Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi; Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət; Audit yoxlamaları zamanı auditorlara lazımi sənədlərin təqdim olunması; Online kargüzarlıqların və kameral məktubların gündəlik izlənməsi; CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “ Vergi üzrə mütəxəssis” qeyd edərək müraciət edə bilərsiniz.