Местоположение: Bakı
Tələblər Ali təhsil (Maliyyə, Mühasibat uçotu, Biznes informatikası və ya əlaqəli sahələr); 1C ERP sistemlərində cavabdeh olduğu modullar haqqında ilkin biliklər; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (C1); rus dili üzrə B1 səviyyəsi; ingilis dili üstünlükdür; MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı; Dəqiqlik, analitik düşüncə və hesabatlarla işləmək bacarığı; Məsuliyyətli və sistematik iş yanaşması; Komandada və müstəqil şəkildə işləmək bacarığı. Vəzifə öhdəlikləri: 1C URC ERP sistemində cavabdeh olduğu modulların düzgün qurulmasını təmin etmək və test proseslərində iştirak etmək; Profilaktik yoxlamalar zamanı sistemdə aşkar olunan uyğunsuzluqları vaxtında müəyyənləşdirmək və müştəriləri məlumatlandırmaq; Modullar üzrə uçot strukturlarında kataloqların, parametrlərin və sazlamaların müəyyənləşdirilməsində asistentlik göstərmək; Sistem istifadəçilərinə modul funksiyaları üzrə funksional dəstək və yönləndirmə etmək; Modul təqdimatlarının hazırlanmasında iştirak etmək, inkişaf və təkmilləşdirmə üzrə təkliflər vermək; Modullar üzrə təlimatların və funksional imkanların sənədləşdirilməsini təmin etmək və aktual saxlanılmasına nəzarət etmək. İş şəraiti: İş yeri: Şirkətin ofisi; İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00 Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları; Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı; Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı; Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.