Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə və öhdəliklər Müştərinin iş yerində Podratçının əsas əlaqələndirici nümayəndəsi kimi çıxış etmək; Layihə müddətində Müştərinin iş yerində həyata keçirilən gündəlik layihə fəaliyyətlərini koordinasiya etmək; Müştərinin biznes bölmələri, İT, analitika komandaları və digər maraqlı tərəflərlə Podratçı arasındakı əməkdaşlığı koordinasiya etmək; Xidmətlərin göstərilməsi üçün Müştəridən tələb olunan məlumatların toplanmasını və vaxtında təqdim edilməsini koordinasiya etmək; Podratçı tərəfindən hazırlanmış təqdimat, hesabat və digər nəticələrin nəzərdən keçirilməsini, rəylərin ümumiləşdirilməsini və təsdiq prosesinin koordinasiyasını təmin etmək; Layihənin təşkilati fəaliyyətlərinin icrasını izləmək və rəhbərliyin qərar verməsini tələb edən məsələləri vaxtında eskalasiya etmək; Razılaşdırılmış fəaliyyət planı üzrə tapşırıqların icrasını izləmək və Müştərinin məsul nümayəndələrinin layihə fəaliyyətlərinə vaxtında cəlb olunmasını təmin etmək; İşgüzar görüşlərin, seminarların, müsahibələrin və layihə nəticələrinin nəzərdən keçirilməsi sessiyalarının təşkilini və koordinasiyasını həyata keçirmək. Tələblər Enterprise səviyyəli İT layihələrinin idarə olunması üzrə minimum 5 il iş təcrübəsi ; Bank və ya maliyyə sektorunda layihələrin həyata keçirilməsi üzrə təcrübə; Güclü kommunikasiya, koordinasiya və maraqlı tərəflərin idarə edilməsi bacarıqları; Biznes, İT və analitika komandaları arasında işin koordinasiyası üzrə təcrübə; Güclü təşkilati və planlaşdırma bacarıqları, eyni zamanda çoxsaylı maraqlı tərəflərlə paralel işləmək bacarığı; Azərbaycan və ingilis dillərini səlis bilmək ; Çoxdilli iş mühitində təcrübə əlavə üstünlük hesab olunur. İş şərtləri İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək İş yeri: Səməd Vurğun 79B, Ultra Technologies Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.