Yüklənir...
Местоположение: Bakı
Veyseloglu Group of Companies "Korporativ Kommunikasiyalar Üzrə Mütəxəssis (Qrafik Motion Dizayner)" vakansiyasını açıq elan edir. Namizədə tələblər Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Adobe Photoshop, Illustrator, After Effects və Premiere Pro proqramlarında sərbəst işləmək bacarığı; Qrafik Motion Dizayner olaraq iş təcrübəsi üstünlükdür; Süni intellekt (AI) əsaslı dizayn və video alətlərindən istifadə bacarığı; Çap materialları və onların istehsal prosesinin texniki tələbləri barədə biliklər; Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür; Yaradıcı düşüncə, yüksək vizual zövq və detallara diqqət; Vəzifə Öhdəlikləri Şirkətin daxili və xarici kommunikasiya strategiyasına uyğun olaraq korporativ kommunikasiya kanallarının fəaliyyətini və aylıq kontent planlarını hazırlamaq, icrasını koordinasiya etmək; Müxtəlif kommunikasiya kanallarının xüsusiyyətlərinə və hədəf auditoriyasına uyğun yaradıcı mətn, vizual və qısa video məzmunlar hazırlamaq; Korporativ elanlar, məlumatlandırıcı materiallar, kampaniyalar və xüsusi günlər üçün vizual konsepsiyalar hazırlamaq; Animasiya, infoqrafika, dinamik təqdimat, video keçidlər, titrlər və digər motion dizayn materialları hazırlamaq; Qısa videoların montajını həyata keçirmək, rəng və səs korreksiyası aparmaq, subtitr və qrafik elementlər əlavə etmək; Korporativ tədbirlər, daxili layihələr və kommunikasiya kampaniyaları üçün yaradıcı konsepsiyalar formalaşdırmaq, bu konsepsiyalara uyğun rəqəmsal və çap vizualları hazırlamaq; Broşür, buklet, kataloq, poster, banner, roll-up, təqdimat, dəvət kartı, sertifikat, məlumat lövhəsi və digər promo materialların dizaynını hazırlamaq; Çap materiallarını texniki tələblərə uyğun istehsala hazırlamaq, onların rəng, ölçü, format və keyfiyyət göstəricilərini yoxlamaq; Bütün vizual materiallarda brend kitabçasının tələblərinə, o cümlədən loqo, korporativ rəng, tipoqrafiya, foto və illüstrasiya üslubuna uyğunluğu təmin etmək; məhsulun təsdiqlənmiş dizayna və brend kitabçasına uyğunluğunu yoxlamaq; Müasir qrafik və motion dizayn, video və rəqəmsal kommunikasiya trendlərini izləyərək innovativ həllər təklif etmək; Süni intellekt (AI) alətlərindən istifadə etməklə kommunikasiya materiallarının hazırlanması prosesini optimallaşdırmaq və yaradıcı həllər təqdim etmək. İş Şərtləri İş məkanı: Azure Plaza Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə İş rejimi: 5 gün (Həftəiçi) Nahar: Təmin edilir Servis xidməti Mövcuddur Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Korporativ Kommunikasiyalar üzrə Mütəxəssis ” qeyd etməklə öz CV-formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.