Yüklənir...
Местоположение: Bakı
WHSmith Baku komandamıza qoşul! Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır. Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq. Vəzifə öhdəlikləri: Gecə növbəsi ərzində mağazanın fəaliyyətini koordinasiya etmək Satıcı-kassirlərin işinə nəzarət etmək və tapşırıqları bölüşdürmək Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək Kassa əməliyyatlarına, növbə təhvil-təsliminə və maliyyə intizamına nəzarət etmək Məhsulların rəflərdə düzgün yerləşdirilməsini və qiymət etiketlərinin uyğunluğunu yoxlamaq Məhsul qalığına, istifadə müddətlərinə və mağazanın ümumi vəziyyətinə nəzarət etmək Gecə növbəsi üzrə satış və əməliyyat hesabatlarını hazırlamaq Yarandığı halda müştəri müraciətlərini və əməliyyat problemlərini həll etmək Namizədə tələblər: Orta ixtisas və ya ali təhsil Pərakəndə satış sahəsində minimum 2 il iş təcrübəsi Baş satıcı, növbə rəhbəri və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür Kassa və POS sistemləri ilə işləmək bacarığı Komanda idarəetmə və təşkilatçılıq bacarığı Azərbaycan dilində sərbəst danışıq bacarığı İngilis və rus dili biliyi üstünlükdür Diqqətlilik, dürüstlük və məsuliyyətlilik Gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq Biz nə təklif edirik? Beynəlxalq brenddə iş imkanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə Stabil əməkhaqqı Növbəli iş qrafiki Peşəkar təlim və inkişaf imkanları Karyera yüksəlişi perspektivi Dinamik və beynəlxalq iş mühiti İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith mağazası Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək. Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya elektron poçt ünvanına göndərə bilərlər - [email protected] Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.