Yüklənir...
Местоположение: Bakı
Təsvir: Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi; Bank məhsul və xidmətləri üzrə maya dəyərinin hesablanması və analitik təhlili; Bankın müştəriləri və məhsulları üzrə rentabelliyin ölçülməsi; Bankın dövrü maliyyə nəticələri, trendlər və əmsal analizi ilə bağlı analitik qrafiklərinin (dashboardların) hazırlanması və təhlili; Bankın sektora və rəqiblərə nəzərən mövqeyi və bazar payı üzrə təhlilin həyata keçirilməsi; Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması; Gəlirlərin artırılması və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək. Tələblər: Maliyyə və İqtisadiyyat (və ya uyğun sahələr üzrə) üzrə magistr təhsili; Maliyyə sektorunda (Maliyyə, Risklərin İdarə Olunması və ya Xəzinədarlıq üzrə) minimum iki il təcrübə; Beynəlxalq Sertifikatlara (xüsusilə CFA və ya FRM) sahib olunması xüsusi üstünlükdür; Ofis proqramları üzrə yüksək səviyyədə işləmək bacarığı (xüsusilə MS Excel); Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması; Kommunikasiya qabiliyyətinin yüksək olması; Komanda ilə işləmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.