Risklərin İdarə edilməsi İdarəsinin Bazar riski şöbəsinin aparıcı mütəxəssisi - Xalq Bank

Местоположение: Bakı

Təsvir Stress testlərin həyata keçirilməsində iştirak (ölkə üzrə makro datanın və bankdaxili datanın toplanılması, ssenarilərin seçilməsi və s. kimi olmaqla, prosesə sonadək dəstək göstərilməsi); GAP analizinin aparılmasında iştirak (datanın toplanılması və hesabatın dövrü olaraq yenilənməsində dəstəyin göstərilməsi); Ölkə və dünya üzrə maliyyə bazarlarında və iqtisadiyyatda baş verən hadisələrin izlənilməsi, dövrü hesabatlıq və müvafiq rəyin hazırlanmasında iştirak; Bankın maliyyə bazarlarında iştirakı ilə bağlı dövrü fəaliyyətinə rəy verilməsində iştirak; Bazar və likvidlik risklərinin idarə edilməsi fəaliyyəti üzrə şöbənin gündəlik işinə müəyyən səviyyədə yardım göstərmək. Tələblər Ali magistr təhsili (iqtisadi və ya maliyyə); Bank və ya əlaqəli maliyyə sektorunda minimum 3 il iş təcrübəsi; Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır); Aktiv, passiv, kapitalın strukturu, likvid və qeyri-likvid aktiv və öhdəliklər üzrə biliklər; Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə nəzəri və praktiki biliklər; Maliyyə bazarlarının fəaliyyəti və qiymətli kağızlar haqqında yetərli məlumatlılıq; Bazar və likvidlik risklərinin idarə edilməsində istifadə olunan hesabatlar haqqında məlumatlılıq və onların yenilənməsi bacarığı (LCR, GAP analizi və s.); Müvafiq istiqamətli stress testlərin həyata keçirilməsi yanaşmaları haqqında biliklər; Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları; Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti; Riyazi, statistik və makroiqtisadi biliklər; Excel bilikləri vacibdir, Python və ya SQL bilikləri arzuolunandır. İngilis dili biliyi vacibdir, rus dili arzuolunandır; CFA və (və ya) FRM sertifikatları arzuolunandır. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.