Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək; Aylıq, rüblük və illik büdcə icrasını təhlil etmək və müvafiq hesabatlar hazırlamaq; Faktiki göstəriciləri büdcə və proqnoz göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları təhlil etmək; Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasınında iştirak; Rəhbərlik üçün analitik hesabat və təqdimatlar hazırlamaq; Büdcə planlaması üzrə struktur bölmələri ilə koordinasiyalı işləmək; Mühasibat əməliyyatlarının tranzaksiyaların düzgünlüyünü yoxlamaq və ay bağlanışı prosesində iştirak; Namizədə dair tələblər: ACCA sertifikatlarının (minimum F3, F7) olması; ERP (1C bilikləri arzuolunandır) və MS Office proqramları üzrə yüksək bilik və bacarıqlar; Analitik düşünmə, rəqəmlərlə işləmə və hesabat hazırlama bacarığı; Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət. Xüsusi tələblər: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil; İş təcrübəsi: Maliyyə sahəsi üzrə minimum 3-5 il Rus və ingilis dili biliyi üstünlükdür. İş şərtləri: İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə) Nahar şirkət tərəfindən təmin edilir İş yeri: Ağdam rayonu Əmək haqqı ştat cədvəlinə uyğun olaraq CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis ” başlığı ilə göndərə bilərsiniz. Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.