Kimyaçı Mühəndis - Veysəloğlu MMC

Местоположение: Bakı

Əsas vəzifə öhdəlikləri: Laboratoriyada mövcud cihaz və avadanlıqlardan istifadə etməklə AZS, QOST, ISO və digər beynəlxalq standartlara uyğun fiziki-kimyəvi analizlərin aparılması; Laboratoriya cihaz və avadanlıqlarının gündəlik nəzarətinin, texniki baxışının və istismarının təmin edilməsi; Analiz nəticələrinin düzgün sənədləşdirilməsi və müvafiq hesabatların hazırlanması; Reaktivlərin, məhlulların və standart nümunələrin təsdiq edilmiş prosedurlara uyğun hazırlanması; Laboratoriyada əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya qaydalarına riayət olunmasının təmin edilməsi; Analiz metodlarının təkmilləşdirilməsi, validasiya, verifikasiya və keyfiyyət təminatı proseslərində iştirak; Reaktivlərin, sərf materiallarının və laboratoriya ləvazimatlarının uçotunun aparılması, ehtiyatlara nəzarət və sifarişlərin təşkili; Aşkar edilmiş uyğunsuzluq və nasazlıqlar barədə rəhbərliyin məlumatlandırılması və onların aradan qaldırılması prosesində iştirak; Laboratoriya fəaliyyətinin ISO/IEC 17025 standartı və daxili prosedurların tələblərinə uyğun həyata keçirilməsi. Vəzifə tələbləri: Təhsil: Kimya, biologiya və ya qida mühəndisliyi üzrə ali təhsil. Təcrübə: Ən azı 1 il laboratoriya və ya sınaq fəaliyyəti üzrə təcrübə (arzuolunandır). Dil bilikləri: Azərbaycan dili – əla səviyyədə; İngilis və rus dilləri – arzuolunandır. Kompüter bilikləri: MS Office, Outlook proqramlarından sərbəst istifadə bacarığı. Texniki və normativ biliklər: Laboratoriya avadanlıqları və cihazlarının texniki iş prinsipləri və qulluğu üzrə bilik; Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməli; ISO/IEC 17025 və digər texniki normativ sənədlərlə bağlı məlumatlı olmalı; Ölçmə və analiz metodikaları, dövlət standartları ilə işləmək bacarığı; Analitik düşüncə və çevik qərarvermə bacarığı; Sertifikatlar: ISO/IEC 17025 üzrə təlim və ya sertifikat (arzuolunandır). İş şəraiti İş yeri:  Bakı şəhəri İş qrafiki:  Həftənin 5 günü saat 09:00-dan 18:00-dək Əmək haqqı: Müsahibə əsasında təyin olunur Təminatlar: Servis xidməti Nahar təminatı Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kimyaçı Mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.