Planlama üzrə mühəndis - VLand Systems MMC

Местоположение: Bakı

“VLand Systems” MMC (əvvəlki adı “STP Metal Structures” MMC) Vəzifə öhdəlikləri: Layihələr üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması), Müvafiq layihələr üzrə analizin aparılması, qrafik və büdcənin hazırlanması, Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş həcmi və son tarixləri əhatə edən layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması, Tender sənədlərinin hazırlanmasında iştirak etmək, Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaq, Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün mühəndislər ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi, İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi, Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət etmək, Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması. Namizədə aid tələblər: Mühəndislik sahəsində ali təhsil, Proqram bilikləri: Microsoft Office (excel bilikləri çox yaxşı səviyyədə), Primavera və ya Ms. Project,  Müvafiq sahədə ən azı 2-3 il təcrübə, Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları, Azərbaycan dili əla səviyyədə, ingilis və rus dili üstünlükdür. İş şəraiti: 5 günlük iş qrafiki; İş yeri: Sumqayıt şəhəri; Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur; Tələblərə uyğun namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “ Planlama üzrə mühəndis ” yazaraq göndərə bilərlər.