Yüklənir...
Местоположение: Bakı
WOOM Agency komandası üçün peşəkar Qrafik Dizayner axtarır. Əgər Siz kreativ düşüncəyə malik, vizual kommunikasiya bacarıqları güclü və müxtəlif sahələrdən olan brendlərlə işləmək istəyən bir mütəxəssissinizsə, müraciətinizi gözləyirik. Vəzifə öhdəlikləri Sosial media platformaları üçün post, story və reklam vizuallarının hazırlanması; Çap məhsullarının (flyer, buklet, roll-up, vizitkart və s.) dizayn edilməsi; Brend identikasına uyğun vizual materialların hazırlanması; Kreativ konseptlərin hazırlanmasında və inkişaf etdirilməsində iştirak; Marketinq və kontent komandası ilə koordinasiyalı işləmək; Süni intellekt (AI) alətlərindən istifadə etməklə dizayn prosesinin optimallaşdırılması. Tələblər Adobe Photoshop və Adobe Illustrator proqramlarını yaxşı səviyyədə bilmək; Kompozisiya, tipoqrafiya və rəng nəzəriyyəsi üzrə biliklər; Kreativ yanaşma və detallara diqqət; Tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirmək bacarığı; Portfolio təqdim olunması mütləqdir. Üstünlük hesab olunur Adobe After Effects və ya digər motion dizayn proqramları üzrə biliklər; Brendinq layihələrində iştirak təcrübəsi; AI alətləri (ChatGPT, Midjourney, Adobe Firefly və s.) ilə işləmək bacarığı. Sizə nə təklif edirik? Fərqli sahələrdə fəaliyyət göstərən brendlərlə işləmək imkanı; Peşəkar və inkişafyönümlü komanda mühiti; Karyera və peşəkar inkişaf imkanları; Kreativ ideyaların dəyərləndirildiyi iş mühiti; Rəqabətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir). İş yeri: Bakı şəhəri, N.Nərimanov İş qrafiki: Tam iş günü Maraqlanan namizədlərdən CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-poçtun mövzu hissəsində "Qrafik Dizayner" qeyd edilməlidir.