Yüklənir...
Местоположение: Cəlilabad
Təsvir Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi; Kredit müraciətlərinin qəbulu və analizi; Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi; Kredit sənədlərinin tərtibi; Kredit portfelinə nəzarət və idarə etmək; Müştəri hesablarının aparılmasına nəzarət; Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması. Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək; Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək; Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq; Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək; Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək. Tələblər Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali təhsil; Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün); Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır; Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti; Riyazi hesablama aparmaq qabiliyyəti; Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti; Stressə davamlılıq və kollektivdə işləmək bacarığı; Yüksək qavrama və öyrənmə qabiliyyəti; İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Kompüter bilikləri. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.