Yüklənir...
Местоположение: Bakı
İş şəraiti: İnşaatçılar pr., 22L Tam ştat Təsvir: Biznes, İT əməkdaşları və Vendorlarla komanda şəklində işləmək, Biznes tələbləri toplamaq və təhlil etmək; Proseslərin mövcud və yeni (as is, to be) modellərini tərtib etmək; Texniki tapşırıq hazırlamaq və təqdiq olunmuş texniki tapşırıqları təhlil etmək; Test nümunələrinin (test keyslər) hazırlanmasında və testlərin keçirilməsində iştirak etmək; Avtomatlaşdırılmış proseslərə sonraki nəzarəti təşkil etmək; Bank proqramlarında yaranmış problemlərin araşdırılmasını və aradan qaldırılmasını təmin etmək; Proqram təminatından istifadə zamanı bankın əməkdaşlarına dəstək göstərmək; Biznes proseslərin avtomatlaşdırılmasında iştirak etmək; Tələblər: İqtisadiyyat, maliyyə sahəsində ali magistr təhsili; Bank təcrübəsi üzrə minimum 2 (iki) il iş təcrübəsi ; Bank sistemləri üzrə biliklər ; Ofis proqramlarından MS Office, xüsusilə MS Excel istifadə bacarığı; Analitik düşünmə bacarığı ; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Stressə davamlılıq və kollektivdə işləmə bacarığı; Azərbaycan dili - mükəmməl, xarici dillərin (Rus dili və İngilis dili) qənaətbəxş səviyyədə olması; Danışıqların aparılma qabiliyyəti; Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.